Icma.az
close
up
RU
Bəs jurnalistlər yeni qaydalar haqda nə düşünür? KONKRET

Bəs jurnalistlər yeni qaydalar haqda nə düşünür? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə göstərilən maliyyə dəstəyinin məbləği artırılıb. Yeni dəyişikliklərə əsasən, aylıq maliyyə yardımının məbləği 3 min manatdan 5 min manata qaldırılıb. Həmçinin agentliyin müəyyən etdiyi qaydalara görə, onlayn media subyektində çalışan dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat olacaq.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən “Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimli bildirib ki, bu qərar media işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addımdır:

“Medianın İnkişafı Agentliyinin bu yeniliyi təbii ki, bir jurnalist kimi məni də sevindirdi. Əsas məqamlardan biri həmin vəsaitin 3 mindən 5 min manata qaldırılmasıdır. Bu, bizə imkan verəcək ki, əməkdaşlarımızın maaşlarında müəyyən dəyişiklik edək. MEDİA-nın media subyektləri üçün 800 manatlıq əməkhaqqı məbləğini müəyyən etməsi dövlətin mətbuat işçilərinin sosial təminatına göstərdiyi qayğının göstəricisidir. Təəssüf ki, ölkədə reklam bazarı zəifdir və şirkətlər media ilə əməkdaşlıqda o qədər də maraqlı deyillər. Amma görünən odur ki, dövlət öz jurnalistlərinin daha yaxşı yaşamasında maraqlıdır.”

“Pravda.az” saytının təsisçisi və baş redaktoru İlkin Pirəli isə bildirib ki, dövlətin bu addımı media subyektlərinin dayanıqlılığı və peşəkarlığının artırılması üçün mühüm rol oynayacaq:

“Dövlətin maliyyə dəstəyi dayanıqlılıq üçün əsasdır. Onlayn mediaya aylıq dəstəyin 3 mindən 5 min manata qaldırılması məsuliyyətin də artması deməkdir. Bu, keyfiyyətli və peşəkar jurnalistikanın inkişafına xidmət edəcək. Bu gün sosial şəbəkələr reallığa çevrilib, reklamvericilər də diqqəti ora yönəldirlər. Belə şəraitdə dövlətin mediaya yardım göstərməsi çox vacibdir ki, peşəkarlıq qorunsun.”

İlkin Pirəlinin sözlərinə görə, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmandan sonra bu istiqamətdə işlər daha da sürətlənib:

“Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi təlimlər media savadlılığının artırılmasına xidmət edir. Dövlətin dəstəyi təkcə maliyyə yardımı ilə bitmir, çoxşaxəlidir. Artıq Azərbaycan mediası beynəlxalq səviyyədə izlənilir, istinad edilir. Bu, ölkə mətbuatının inkişafında mühüm mərhələdir.”

Saytımıza açıqlama verən Ölkə.az saytının baş redaktoru Samir Mirzə bildirib ki, MEDİA agentliyinin onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləğini artırması təqdirəlayiqdir:

“Ümumiyyətlə, agentlik bizim sahədə davamlı olaraq yeniliklər etməyi ilə gündəmə gəlir. İstər təlimlərin keçirilməsi, istərsə də media sahəsində atılan addımları bura aid etmək mümkündür. Təbii ki, məbləğin 2000 manat artması media subyektinin inkişafına töhfə verəcək. Çox güman ki, bu, ümumilikdə mətbu orqanın bütün əməkdaşlarına təsir göstərəcək. Nəticə etibarilə jurnalistlərin maaş artımına yaxud da alacaqları bonusların yüksəlməsinə, habelə mətbu orqanın əməkdaşlarının sayının çoxalmasına da səbəb ola bilər. Maliyyə dəstəyinin həmçinin media subyektində işə olan münasibətə də motivasiya baxımından müsbət təsir göstərəcək. Bildiyimiz kimi, jurnalist üçün bayram və istirahət günləri nisbi xarakter daşıyır. Hadisə, gündəm varsa, jurnalist işinin başında olur. Təbii ki, MEDİA agentliyinin media subyektlərinin fəaliyyətini qiymətləndirməsi bu sahəyə öz töhfəsini verəcək”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri