Azarkeşləri anladıq, bəs jurnalistlər?
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Misli premyer-liqasının klublarından “Araz-Naxçıvan”la “Sabah” bu gün yoldaşlıq oyununda qarşılaşıb. Saat 15.00-da “Azərsun Arena”da başlayan matç hər kəs üçün qapalı oldu.
Lap tutaq ki, azarkeşlərin oyunu izləməsinə qoyulan qadağanı anladıq. Hərçənd ölkəmizdə azarkeşlərin yoldaşlıq oyunlarına gəlməsi nadir hadisədi. Bəs jurnalistlər üçün niyə belə imkan yaradılmadı?
“Football-plus.az”ın bu sualını “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov cavabladı:
“Hər kəs üçün qapalı olub. Belə razılaşdırılıb. Bu, “Araz-Naxçıvan”ın təşəbbüsüdü. Ona görə də klubun sosial şəbəkə hesablarında açıqlamada hər kəs üçün qapalı olduğunu qeyd etdik”.
ƏSƏD SEYİDOV
Baxış sayı:154
Bu xəbər 11 Yanvar 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















