Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Beş sualla MÜRACİƏT “Birlikdə ölkəmizin gələcəyini daha parlaq edə bilərik“

Beş sualla MÜRACİƏT “Birlikdə ölkəmizin gələcəyini daha parlaq edə bilərik“

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Hörmətli Millət vəkilləri, Hökümət üzvləri və büdcə -plan proqnozlarını hazırlayan mütəxəssislər,

Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcə layihəsinin müzakirəsi Milli Məclisdə aktual mövzularımızdan birini təşkil edir. Bu layihə ölkəmizin iqtisadi sabitliyini, sosial rifahı və gələcək dayanıqlı inkişafını təmin etmək üçün vacib vasitədir. Beynəlxalq təcrübələrə və qlobal iqtisadi meyllərə əsasən, büdcənin optimallaşdırılması iqtisadi artımı dəstəkləyə bilər və potensial riskləri minimuma endirə bilər. Əgər bu proqnoz və planlar bu formada qəbul olsa gələn il iqtisadiyyatın vəziyyəti daha da ağırlaşacaq.

Aşağıdakı suallar bu istiqamətdə konstruktiv fikirləşmə üçün nəzərdən keçirilib və ölkəmizin uzunmüddətli maraqlarını nəzərə alaraq hazırlanmışdır. Bu suallara cavablar vasitəsilə, proqnozların daha da möhkəmləndirilməsi və innovativ həllər tapılmasına töhfə verə bilərik. Təşəkkür edirəm ki, bu prosesdə iştirak edirsiniz – birlikdə ölkəmizin gələcəyini daha parlaq edə bilərik.

Suallar:

1. Dünyada elə bir təcrübə varmı ki, hər hansı bir ölkə elm və inkişaf xərclərini Ümumi daxili məhsulun (ÜDM) 0, 16%-nə düşürərək iqtisadi artıma malik olsun və inkişaf etmiş cəmiyyət qura bilsin? Son 35 ildə elmin bütün göstəriciləri 20%-dən 20 dəfəyə qədər azalmışdır. 2026-cı ilə də büdcədən elm xərcləri 10 milyon manat azaldılır. Süni intellekt və rəqəmsallaşma erasında bütün fəaliyyət elmlə tənzimlənir. Texnoloji və yaradıcı cəmiyyətlər elmə ÜDM-nin 3.0-6.3%-ni yönəldir və çox yüksək nəticələr əldə edir. Dünyanın ən güclü elm mərkəzi olan İsrail elmə ÜDM-nin 6.3%-ni və ya 34 milyard dollar yönəldir. Belə bir səviyyəyə nail olmaq üçün Azərbaycanın illik elm və inkişaf xərcləri 4,5 milyard dollara çatmalıdır (indi 145 milyon dollar).

2. Dünyada elə bir uğurlu ölkə varmı ki, yaradıcılığa-əsas kapitalın maliyyələşdirilməsinə ÜDM-nin 12-14%-ni xərcləyə və böyük uğur qazana? Dünyanın ən uğurlu inkişaf edən Çin Xalq Respublikasında 1978-ci ildən bəri bu rəqəm 44%-dən aşağı olmayıb. Azərbaycan təcrübəsində 70-ci illərdə və 2004-2007-ci illərdə bu rəqəm 50-58%-ə çatan zamanı iqtisadi artıma görə Azərbaycan dünyada birinci yerə çıxmışdı (illik 25-35%). O vaxtlarda proqnozlaşdırmanın bazası eyni rəhbərlik tərəfindən qoyulmuşdur. İndi isə Əsas kaptala investisiyalar 10 ildir ki, azalmaqda davam edir. Bu il də azalma nəzərdə tutulur. Hər halda bu il büdcədən investisiyaların azaldılmasına səs verməyə hazırlaşırıq. 

3. Siz yeni yaradılan iş yerlərinin sayının sürətlə azaldan və həm də uğur qazanan, ciddi artım əldə edə bilən hər hansı bir ölkə tanıyırsınızmı? Yoxdur beləsi və bizim ölkə istisna ola bilməz. 2019-cu ildə ölkədə 192 min yeni işçi yeri yaradılmışdırsa, 2024-cü ildə cəmi 92 min yeni işçi yeri formalaşmışdır. 2026-cı il bu göstərici də xeyli azaldılması nəzərdə tutulur. İqtisadi artımı təmin etmək üçün əsas kapitala investisiya və müvafiq olaraq yeni işçi yerlərinin artırılması lazımdır. 

4. Tarix bu gün Azərbaycanda tətbiq olunan proqnozlaşma metodlarını tətbiq edən və uğur qazanan ikinci bir təcrübə tanımır və əminəm, siz də bunu təsdiq edə bilərsiniz: dövlətin əlində cəmləşdirilən resursların həcminin sürətlə artırılması, vergi dərəcələrinin sürətlə artırılması, vergi məbləğlərinin ÜDM-ə nisbətən daha sürətlə artırılması  və s. kimi tədbirlər dövlətin iqtisadiyyata əsassız müdaxiləsinə, iqtisadiyyatın çökməsinə, korrupsiyanın sürətlə genişlənməsinə, özəl sektorun müflisləşməsinə, investisiyaların ciddi surətdə azalmasına aparan  yoldur. Təklif nəzəriyyəsinə əsasən 70-ci illərin vergi islahatlarından  (A. Laffer) sonra başlanan islahatlar istisnasız bütün ölkələrdə vergi dərəcələrinin azalması ilə aparılır və uğur qazanır. Bütün uğur qazanan inkişaf etmiş ölkələr bu yolla böhranları dəf etmişdir. Bu ilki vergi artımı baş tutarsa, iqtisadiyyat durğunluq dövründən çökmə mərhələsinə keçə bilər. Məsələ burasındadır ki, durğunluq dövrünün əsas səbəblərindən başlıcası vergi və banklar  olmuşdur. 

5. Dünyada heç bir ölkə  nəhəng bankları, investisiya fondlarını, maliyyə şirkətlərini ölkəsinə dəvət etmədən, böyük pul bolluğu yaratmadan ciddi uğur qazana bilməmişdir. Yaponiya, Çin, Koreya, Sinqapur, Almaniya, keçmiş sosialist bloku ölkələri və demək olar ki, hamısı investisiya resurslarını, top yüz bankı, maliyyə, sığorta şirkətlərini, investisiya, pensiya fondlarını ölkələrinə cəlb etdilər və inkişafı təmin etdilər. Azərbaycanın öz daxili resursları nisbi mənada bu ölkələrin hamısından çoxdur. Amma tam tərs meyl izlənilir, bütün potensial resurslar maksimum başqa ölkələrə çıxarılır, Azərbaycanda isə nə qədər xarici resurs varsa bunlar da sahiblərinə qaytarılır. Bu minvalla günü-gündən ölkədə pul və investisiya qıtlığı güclənir, faizlər artır, investisiya qıtlığı güclənir, artım dayanır.  Bütün inkişaf etmiş ölkələrdə xarici borclar ÜDM-dən qat-qat çoxdur. İkinci və üçüncü qrup ölkələrdə isə xarici borclar ÜDM-nin 5-10%-ni təşkil edir.  Bir yalnız Luksemburqun xarici xarici borcları 4 trilyon dollardan çoxdur ki, bu da Azərbaycan daxil bütün müsəlman ölkələrinin xarici borclarından (57 ölkə) çoxdur. Azərbaycanın xaricdə yerləşdirdiyi pulla xarici borcları arasında müsbət fərq 100 milyard dollara yaxındır. Bu resurslar ölkə dövriyyəsindən çıxarılmış,  qlobal inflyasiya və qarışıq risklər altında xarici ölkələrin dövriyyəsinə daxil edilmişdir. Bu müsbət fərq sıfıra endirilərsə, böyük investisiya resursları (hazırdakından 10 dəfə çox) cəlb etmək olar ki, bu da  yenidən ölkəni iqtisadi artım üzrə  dünya liderinə çevirə bilərdi. 

Çox xahiş edirəm, gəlin müzakirəyə qoşulaq, bu amilləri bilərək, ləngiməyək. Ölkənin taleyi, dayanıqlı inkişaf qurulması, əbədi müstəqilliyin təmin olunması sizin müzakirələrdən çox asılıdır. Ölkədə sürətli inkişaf üçün bütün şərtlər yaradılmışdır, hərəkət lokomotivi starta hazırlanmışdır, mühərrikin işiə salınması isə sizdən asılıdır. 

Dərin hörmətlə,

Saleh Məmmədov, iqtisad elmlər doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri