Beşbarmaq dağında qadın paraşütlə qayaya çırpılıb öldü Faciəli hadisənin TƏFƏRRÜATI
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Siyəzəndə Beşbarmaq dağında qadının faciəli şəkildə ölməsinin təfərrüatı məlum olub.
Gununsesi.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova Bakı şəhərindən gedibmiş. O, həvəskar paraşütçü olub və bir neçə dəfə paraşütlə tullanmaq üçün həmin əraziyə gedib.
Növbəti dəfə də Beşbarmaq dağına gedən qadın paraşütlə tullanıb. Lakin bu dəfə istiqaməti düz götürmədiyindən küləyə əks istiqamətə atılıb. Bu vaxt paraşüt qadına dolaşıb və nəticədə o, qayaya çırpılaraq, aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
***
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Beşbarmaq dağında qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qayaya çırpılıb və hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 İyul 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















