Icma.az
close
up
RU
Bəşər Əsəd kimdir? Hərbçiyə çevrilmiş oftalmoloq

Bəşər Əsəd kimdir? Hərbçiyə çevrilmiş oftalmoloq

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

News2.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında Suriyanın devrilmiş prezidenti Bəşər Əsəddən bəhs edir

- Bəşər Əsəd harada və nə zaman anadan olub?

Bəşər Əsəd 1965-ci il 11 sentyabrda Dəməşqdə, müdafiə naziri Hafiz Əsədin ailəsində göz açıb. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. 

- Bəşər Əsəd harada təhsil alıb?

Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində orta təhsilini bitirən Əsəd, daha sonra Dəməşq Universitetinin Oftalmologiya fakültəsinə daxil olub. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxtı Londona gedib və burada Qərb Göz Hospitalında təcrübə keçib.

- Bəşər Əsəd hakimiyyətə necə gəlib?

1970-ci ildə atası Hafiz Əsəd dövlət çevrilişi edərək, hakimiyyətə gəlib.

Atası özündən sonra Baseli prezident görmək istəyirdi. Lakin Basel gözlənilmədən qəzaya düşüb həlak olur, ata gözünü ikinci oğluna dikir. O zamana qədər Bəşər (ərəbcə Bəşşər) ölkəsində tibb universitetini fərqlənmə diplomu ilə başa vurub, oftalmoloq kimi Britaniyada özünü təkmilləşdirmişdi. O hətta xüsusi münasibət görməmək üçün Britaniyada başqa ad altında oxuyur və işləyirdi.

1988-ci ildə Universiteti bitirən Bəşər Dəməşqdə yerləşən "Tişrin" hərbi hospitalında göz həkimi işləməyə başlayıb. Vətənə qayıtdıqdan sonra Bəşər atasının istəyi ilə Homs şəhərindəki hərbi akademiyaya qəbul olunur və dərhal Respublika Qvardiyasının kapitanı rütbəsini alıb. 1996-cı ildə mayor, 1997-ci polkovnik-leytenant, 1999-cu ildə polkovnik rütbəsini alıb. Bəşər Əsədin apardığı antikorrupsiya tədbirləri nəticəsində korrupsiyada ittiham olunan Nazirlər Kabinetinin sədri Mahmud -əz-Zoabi 2000-ci ildə özünü kabinetdə güllələyir, o, öz əmisi oğluna da güzəşt etmir, onun şirkətini də bağlatdırır. 10 iyun 2000-ci ildə Hafiz Əsəd vəfat edir. Həmin gün parlament prezidentlik üçün lazım olan yaş həddini tələsik 40-dan 34-ə salır. 11 iyunda prezident səlahiyyətlərini icra edən Həddam Bəşər Əsədə general-leytenant rütbəsi verir və onu ali baş komandan təyin edir. İyulun 10-da referendum nəticəsində Bəşər Əsəd 92,29 faiz səslə Suriya prezidenti seçilir. Və o gündən sonra onun taxtdan salmaq imkansız olur. Ərəb Bəşərin xristianlıq sevgisinə görə, ona Müdrik Yaroslav ordeni, Ermənistanın Müqəddəs Qriqori ordeni verilib.

Bu lider öz şəklini milli pul vahidlərinin üzərinə də döydürüb.

- Bəşər Əsədin başqa bacı - qardaşları var? 

Onun Buşra adlı bir bacısı, Basel, Mahir və Məcid adlı qardaşları var idi. Mahir Əsəd ərəb dünyasında özünün dəlisov xarakteri ilə tanınır. Nüfuzuna görə, Suriyada ikinci adam sayılır. Onun adı ətrafında qalmaqallar səngimir. Livan lideri Rafiq Həririni ölümünü təhqiq edən komissiyanın rəyində bu qətlin sifarişçisi kimi Mahirin adı çəkilir. Əlbəttə bu Bəşərdən xəbərsiz edilməmişdi. Ən kiçik qardaşı Məcidin adı narkobizneslə əlaqələrdə hallanır. Onu həm də "ana uşağı" adlandırırlar. 

- Bəşər Əsədin ailəsi haqqında nə bilirik?

Bəşərin həyat yoldaşı Əsma Suriya tarixində göz önündə olmuş ilk birinci xanımdır.

Əsmanın anası Suriyanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi, atası isə Kardioloji Mərkəzin aparıcı məsləhətçisi olub. Əsma Londonda doğulub və boya - başa çatıb. Baletlə məşğul olub. Londonda Kral kollecini bitirən Əsma kompüter elmləri və fransız ədəbiyyatı üzrə diplom alıb, ərəb, ingilis, ispan və fransız dillərini sərbəst bilir. Evlənərkən onun 20, Bəşərin 31 yaşı var idi.

Bəşər Əsədin toyu 2000-ci ildə olub. Əsmanın gəlişi ilə Suriyada qadınların həyatında xeyli dəyişiklik oldu. Suriyalılar prezidentin xanımını ilk dəfə 2001-ci ildə gördülər. Bəşər Əsəd Bolqarıstan prezidentini qarşılayarkən həyat yoldaşı ilə gəlmiş, Əsmanın geyimi suriyalıları xeyli təəccübləndirmişdi. 2008-ci ildə Əsma Əsəd ərəb dünyasının birinci ledisi elan edilib. Ərəblərin hamısı üçün bu keçərlidirmi? Çətin.

Bəşər Əsədin üç uşağı - iki oğlu və bir qızı var. Prezident hansı ölkəyə rəsmi görüşə gedirsə, xanımı və uşaqlarını özü ilə aparırdı. Deyilənə görə, Suriya əhalisi prezidenti və uşaqlarını küçədə gəzərkən, restoranda oturarkən görə bilirdi. Hərçənd xarici media yazır ki, bu milyonlarla vətəndaşı qaçqın həyatı yaşayan, xarabaya çevrilmiş bir ölkənin liderinə demokrat görüntüsü vermək cəhdindən başqa bir şey deyildi.

- Bəşər Əsədin nə qədər sərvəti var?

Onun ümumi sərvətinin Suriyanın 7 illik dövlət büdcəsinə bərabər olduğu deyilir.

Ailənin Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlakı və bank hesabları var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər.

Əsəd ailəsinin real sərvətinin bir qismi:

- 5 milyard avro;

- 16 milyard dollar;

- 200 ton qızıl;

- Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinq;

- Neft və qazdan gəlirlər (dəqiq məbləğ məlum deyil);

- Suriya və xaricdə (o cümlədən Avropada) daşınmaz əmlak;

- Atası Hafiz Əsəddən qalan miras (dəqiq məbləğ məlum deyil).

Məlumata görə, prezidentin mülkiyyətində "Mercedes-Benz S-Class" (dövlət tərəfindən verilib), "BMW 7" avtomobilləri, Hələb, Dəməşq və Laziqiyyədə saraylar var.

- Bəşər Əsəd hakimiyyətinə kim son verdi?

Suriyada Bəşər Əsədin hakimiyyəti 2024-cü il dekabrın 8-də Suriya müxalifət qüvvələrinin koalisiyası tərəfindən devrildi. Bu hadisə 50 ildən çox davam edən BƏƏS Partiyasının idarəçiliyinə son qoydu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri