Icma.az
close
up
RU
Bəşər Əsədin beynəlxalq legitimliyi bir daha ağır zərbə aldı RƏY

Bəşər Əsədin beynəlxalq legitimliyi bir daha ağır zərbə aldı RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şamı əlində saxlasa belə, Suriyanın aqibətinin müəyyənləşəcəyi bir mərhələdə onu çətin ki, ciddi tərəf-müqabil kimi qəbul etsinlər

Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini də ələ keçirib.

Hama Suriyada “Müsəlman qardaşlar"ın ("İhvan”) əsas mərkəzi sayılır, hələ Hafiz Əsəd dövründə burada rejimə qarşı qanlı üsyanlar olub. Əgər “Heyətü Təhrir əş-Şam” (HTŞ) Hamada möhkəmlənməyə nail olarsa, Bəşər Əsəd hökuməti 9 il sonra yenidən ekzistensial təhlükə ilə üz-üzə qalmış olacaq. Müharibənin ilk illərində silahlı qruplar dəfələrlə cəhd göstərsələr də, strateji əhəmiyyətli bu məntəqəni ələ keçirə bilməmişdilər.


Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, paytaxta gedən M5 şose yolunun üzərində yerləşən Hama şəhəri Şamın şimalında çox vacib müdafiə xətti rolunu oynayır. Buranın itirilməsi Hələb və ətraf ərazilər əldən çıxdıqdan sonra demoralizə olmuş rejim qüvvələrinin logistik imkanlarının daha da məhdudlaşması deməkdir:

 “ Pərən-pərən düşmüş və döyüş qabiliyyəti aşağı səviyyədə olan hökumət qüvvələrinin kənardan real dəstək olmadan Şamı uğurla müdafiə etmələri mümkün deyil. Bu hadisələr son illər izolyasiyadan çıxmağa başlayan, Ərəb Dövlətləri Liqası toplantılarına qatılan Bəşər Əsədin beynəlxalq legitimliyinə yenidən ağır zərbə vuracaq. Şamı əlində saxlasa belə, Suriyanın aqibətinin müəyyənləşəcəyi bir mərhələdə onu çətin ki, ciddi tərəf-müqabili kimi qəbul etsinlər.

Hamadan sonra hadisələr təkcə Əsəd üçün deyil, Rusiya üçün də təhlükəli ssenari üzrə cərəyan edə bilər, çünki növbədə Homs (Humus) şəhəridir. Xəritəyə baxanda bu vilayətin önəmini görməmək mümkün deyil. Homs Əsədin nəzarətindən çıxarsa, bunun regional geosiyasət baxımından strateji xarakterli nəticələri olacaq. Əvvəla, bu halda dənizə çıxışını itirəcək rejimin taleyi tükdən asılı vəziyyətə düşəcək, Latakiya (Lazkiye) və Tartus kimi həyati vacib regionlarla Şamın quru bağlantısı kəsilmiş olacaq. Digər yandan, Tartusda Rusiyanın hərbi dəniz bazası, Latakiyada isə aviabazası yerləşir. HTŞ-nin Homsdan sonra Rusiya aviasiyasını qovmaq üçün Hmeymimə yönəlməsi ehtimalı var. Artıq Rusiya Tartus limanından gəmilərini çıxarıb. Bu hərbi bazalar Rusiyanın Orta Şərq, Aralıq dənizi və Şimali Afrikadakı maraqları baxımından çox önəmli dayaq məntəqələridir. Əsəd rejimi çökərsə, Suriyanın gələcəyi ilə bağlı müzakirələrdə Rusiya bu hərbi bazaları əlində saxlamaq üçün ABŞ və regional güclərlə anlaşmağa çalışacaq.

Bəs, Suriyadakı mənzərəni kökündən dəyişdirməyə nail olmuş HTŞ-nin arxasında kim dayanır? Açıq müstəvidə heç kim. Bu qruplaşma dünya, o cümlədən Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır”.


Ş.Cəfərli bildirib ki, HTŞ vaxtilə “Əl-Qaidə”nin Suriya qolu olmuş sələfi-cihadçı “Əl Nüsra Cəbhəsi”nin davamıdır:

 “Ötən müddətdə qruplaşmanın lideri əl-Colani fəal marketinq strategiyası ilə məşğul olub, təşkilatın imicini yaxşılaşdırmağa çalışıb. HTŞ ingilis dilində yaydığı açıqlamalarda nəzarət etdiyi ərazilərdə bütün etnik-dini qrupların təhlükəsizliyini təmin edəcəyini, hər kəsin, o cümlədən xristianların, kürdlərin haqlarına və inancına hörmətlə yanaşacağını bildirir. Son vaxtlara qədər yalnız İdlib vilayəti bu qruplaşmanın nəzarətində idi. Ankara HTŞ-ni deyil, Suriya Milli Ordusu (keçmiş Azad Suriya Ordusu) qruplarını dəstəkləyir. Amma Türkiyə-Suriya sərhədindəki Cilvəgözü sərhəd-buraxılış məntəqəsi HTŞ-nin nəzarətindədir və ötən müddətdə onların İdlibdə duruş gətirə bilməsində bu amil mühüm rol oynayıb. HTŞ-nin irəliləyişlərinin digər benefisiarları, əlbəttə ki, İsrail və ABŞ-dir. İranın regiondakı əsas vəkil gücü “Hizbullah”a, eləcə də HƏMAS-a divan tutan İsrail iranlıları Suriyadan tamamilə vurub çıxarmağa və beləliklə, İranın Livanla (“Hizbullah”la) faktiki quru əlaqəsini kəsməyə çalışır.

Bu gəlişmələr Suriya kürdləri (Fəratın şərqindəki) üçün də yeni fürsətlər aça bilər. HTŞ-nin YPG-ni hədəf almaması diqqəti cəlb edən məqamlardan biridir. Qarşıdakı mərhələdə Suriyanın taleyi masaya gələndə ölkənin şimalında İraq modeli üzrə kürd muxtar bölgəsinin yaradılması güclü ehtimal kimi görünür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Dekabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri