Icma.az
close
up
RU
Bəşər tarixində ən qanlı faciə

Bəşər tarixində ən qanlı faciə

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Anar Nəbiyev,

YAP Qazax rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  tariximizin obyektiv mənzərəsinin yaradılması üçün  imkanlar əldə olundu. Ulu Öndərin  fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması idi. Ümummilli Lider Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada  Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran Ümummilli Lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da Ulu Öndərin tariximizə verdiyi dəyərdən irəli gəldi. Məhz Ümummilli Liderin tapşırıqlarına uyğun olaraq  faktların dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə olunaraq dünyaya çatırıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu günün çağırışı dünyanın  bu tarixi həqiqətlərə həqiqət gözü ilə baxıb düzgün, ədalətli mövqe nümayiş etdirməsidir. Bu fakt inkaredilməzdir ki,  1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Azərbaycanın  informasiya mübarizəsində qələbəsi artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın  formalaşdırılmasında əhəmiyyətli rol oynadı. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyümüzü təmin edən, tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri  məhz informasiya cəbhəsində qələbəmiz idi.

Azərbaycan daim real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı ilə  erməni yalanlarını ifşa etdi və bu gün də bu siyasət uğurla davam etdirilir. Baxmayaraq ki, Azərbaycan tarixi Zəfərə imza atıb, suverenliyimiz tam bərpa edilib,  işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır  informasiya mübarizəsi bütün dövrlərdə  aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında tariximizin  öyrənilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına çğırışlar edir. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, tariximizin şanlı səhifələri ilə yanaşı, faciəli səhifələri də vardır. Tarximizin hər bir səhifəsi bizim üçün əzizdir.

Bu tezislərin hər biri Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, yenilməzliyini, məğrurluğunu sübut edir. Tariximizin hər səhifəsinə hörmətlə yanaşan dövlətimiz mövcud imkanlardan səmərəli istifadə edərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatırılmasına səy göstərir, diplomatik uğurlarının davamlılığını təmin edir. Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın diplomatik uğurlarına diqqət yetirmək kifayətdir. Ölkəmiz daim ədalətin və beynəlxalq hüququn yanındadır. 

Azərbaycan Silahlı Qüvvələri 2023-cü  ilin sentyabr ayında növbəti zəfərə imza atdı. Həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ötən  il Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi, Xankəndi şəhərində Novruz tonqalının alovlandırılması, may ayında Xocalı şəhəri ilk sakinlərini qarşılaması və sair kimi qürurverici məqamlar ədalətin təntənəsidir. Ermənilərin və onların havadarlarının yalan təbliğatına cavab tarixi ədalətə, real faktlara söykənən siyasətimizdir.  

Tarixi Zəfərimiz növbəti hədəfə yol açdı. Bu gün artıq Qərbi Azərbaycana qayıdacağımızdan bəhs edirik. Tarixi faktlar, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyimiz hər bir hədəfə yüksək səviyyədə və zamanında nail olacağımıza əsas verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri