Icma.az
close
up
RU
Bəşər tarixinin ən qanlı cinayəti

Bəşər tarixinin ən qanlı cinayəti

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"Mart qırğınları tarixin insanlıq əleyhinə törədilmiş ən qanlı cinayəti olmaqla bərabər, eyni zamanda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırım siyasətinin daha bir nümunəsi idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri təəssüf hissi ilə qeyd edib ki, hələ də bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan 31 mart Azərbaycanlıların Soyqırım Gününə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməyib, 107 il əvvəl törədilmiş həmin cinayətə görə Ermənistan dövləti qınanmayıb, ondan azərbaycanlılara dəymiş maddi və mənəvi ziyana görə konpensasiya tələb olunmayıb:
"Məlumat üçün qeyd edək ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Həmin günlər təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Eləcə də Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir".
Arzuman Muradlı deyib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı təkcə mart ayı ilə kifayətlənməyib və bu cinayət aprel ayının sonlarına qədər davam edib:
"1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür".
İctimai Birlik sədri deyib ki, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımın dünyaya çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub:
"1998-ci il martın 26-da Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 690 nömrəli Fərmanı imzalaması ilə Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı qırğının dəhşətli nəticələrini üzə çıxarmaq və dünyanın diqqətinə çatdırmaq imkanı yarandı. Həmin Fərman 31 mart soyqrımına siyasi qiymət verilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".
Arzuman Muradlı diqqətə çatdırıb ki, mart qırğınları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev də önəmli addımlar atıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması ilə bağlı 30 dekabr 2009-cu il tarixində verdiyi Sərəncam əsasında memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı olub. İctimai Birlik sədrinin sözlərinə görə, ötən illər ərzində bir çox xarici nümayəndə heyətlərinin həmin memorial kompleksi ziyarət etməsi, tarixi həqiqətlə tanış olması ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Aprel 2025 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri