Icma.az
close
up
RU
Bəşər tarixinin ən dəhşətli faciələrdən biri

Bəşər tarixinin ən dəhşətli faciələrdən biri

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Erməni millətçiləri tərəfindən zamanla Azərbaycan xalqına qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirlmişdir ki, burada da məqsəd mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək cəhdləri olmuşdur.

Məhz bu səbəbdən xalqımızın başına gətirilən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən kütləvi qırğınlardır. Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirmişlər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmişdilər. Törədilən soyqırımında “Daşnaksutyun” partiyası xüsusi can-fəşanlıqla iştirak etmiş, çoxlu sayda tarixi, dini və mədəni abidələr də yerlə yeksan edilmişdir.1918-ci ilin mart soyqırımları Şamaxı və Qubada xüsusi amansızlıq və qəddarlıqla törədilmiş, insanlar kütləvi halda qətlə yetirilmişlər. Qubada kütləvi məzarlıqda aşkarlanan insan skletləri insanların işgəncələrlə öldürüldüyünü əyani şəkildə sübut edir.1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin Fərmana əsasən martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən soyqırımı tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır.

1918-ci ilin mart-aprel ayında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində 3,5 hektar ərazidə “Soyqırımı memorial kompleksi” yaradılmış və ölkə başçısı 18 sentyabr 2013-cü ildə kompleksinin açılışında iştirak etmişdir. Prezident cənab İlham Əliyevin erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüsləri bununla yekunklaşmır. Həmçinin 2018-ci il yanvarın 18-də Prezident cənab İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalamışdır.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri