Bəşəriyyəti hantavirusun yeni dalğası gözləyir?
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirus infeksiyası ətrafında yaranmış durumun stabilləşdiyini elan edib.
Tedros Qebreyesus bu barədə "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşım edib.
ÜST nümayəndəsi "hantavirusun yeni alovlanmasını gözləməyə dəyərmi?" sualına cavab olaraq bildirib ki, xəstəliyin yayılma prosesi başa çatmaq üzrədir.
Məlumata görə, Cənubi Afrikada hantavirusla bağlı iki hadisə üzrə təmasda olan şəxslərin müşahidəsi başa çatıb, yeni yoluxma aşkarlanmayıb, karantin ləğv edilib. İspaniya və Niderlandda da karantin aradan qaldırılıb. Nəzarət altında 30 təmasda olan şəxs qalır. Ümumilikdə, bu günə qədər üçü ölümlə nəticələnən cəmi 13 yoluxma halı müəyyən edilib.
Qeyd edək ki, bir neçə həftə öncə ÜST cəmiyyət üçün mövcud təhlükəni ümumi olaraq aşağı səviyyədə dəyərləndirərək genişmiqyaslı yoluxma və ya pandemiya ehtimalının olmadığını bəyan etmişdi. Mövcud vəziyyət qurumun bu proqnozunu bir daha sübuta yetirib. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















