Icma.az
close
up
RU
Bəşəriyyəti içməli su qıtlığı gözləyir Problemin qarşısını necə almaq olar?

Bəşəriyyəti içməli su qıtlığı gözləyir Problemin qarşısını necə almaq olar?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Mütəxəssislər uzun illərdir xəbərdarlıq edirlər: yaxın illərdə içməli su çatışmazlığı bəşəriyyətin qarşılaşacağı ən böyük qlobal problemlərdən biri olacaq. Artan əhali, dəyişən iqlim, çirklənmə və israfçılıq səbəbindən su ehtiyatları sürətlə tükənir. Azərbaycan üçün də bu problem kifayət qədər aktualdır. Bu təhlükəyə diqqət çəkmək və həll yolları tapmaq məqsədilə ötən həftə Bakıda Su Həftəsi keçirildi. Bu tədbirdə su böhranına qarşı planlar, strateji yanaşmalar və innovativ təkliflər səsləndirildi.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Gələcək layihələr

Layihələrdən biri Azərbaycanda havadan su əldə edilməsidir. Bu layihə üçün mövcud texnologiyaların öyrənilməsi, Azərbaycanın iqlim və relyef şəraitinə uyğunluğunun qiymətləndirilməsi, həmçinin iqtisadi səmərəliliyin hesablanması həyata keçiriləcək. 2026-cı ildə ölkənin müxtəlif bölgələrində bu texnologiyanın tətbiq oluna biləcəyi ərazilər müəyyən ediləcək. Əsasən içməli su qıtlığının müşahidə olunduğu, yerli su mənbələrinin kifayət etmədiyi ərazilərə üstünlük veriləcək. 2027-ci ildə havadan suyun əldə edilməsi üzrə ilk pilot layihənin həyata keçirilməsi planlaşdırılıb.

Eyni zamanda, ölkədə yüksəkminerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb. Digər bir layihə isə yaxın 15 ildə 26 su anbarının tikintisidir. 2025-2027-ci illərdə dörd, 2027-2030-cu illərdə doqquz, 2030-2040-cı illərdə 13 su anbarının tikintisinin tamamlanması nəzərdə tutulub.

"Bakıda səmərəli deyil"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, hidrogeoloq Allahverdi Tağıyevin sözlərinə görə, Azərbaycanda havadan su əldə edilməsi üçün ən əlverişli bölgə cənub zonasıdır: "Burada iki əsas prinsip mövcuddur: kondensasiya - havadakı rütubətin soyudulması zamanı suyun alınması və sorbsiya - sorbentlər vasitəsilə rütubət gecə udulur, gündüz qızdırılaraq su ayrılır. Lakin nəzərə alınmalıdır ki, bu texnologiya havadakı rütubətin normadan çox olduğu ərazilərdə tətbiq edilə bilər. Respublika üzrə rütubətin yüksək olduğu ərazilərdən biri cənub zonasıdır. Burada orta illik rütubət 74% təşkil edir və sözügedən texnologiyanın tətbiqi üçün uyğundur. Bakı şəhəri və Abşeron yarımadası Xəzər dənizi sahilində yerləşdiyi üçün yarımsəhra iqliminə aid olmasına baxmayaraq, nisbi rütubət yüksəkdir. Burada ortaillik nisbi rütubət 70-75% intervalındadır. Lakin bu göstərici fəsillər üzrə fərqli ola bilir. Məsələn, yayda 55-65% (ən aşağı səviyyə), qışda 80-85% (ən yüksək göstərici) təşkil edir. Yayda rütubətin aşağı düşməsi və yüksək enerji sərfi səbəbindən böyük şəhərlərdə (məsələn, Bakıda) əhalinin kütləvi su təchizatı üçün texniki baxımdan mümkün olsa da, iqtisadi cəhətdən sərfəli deyil. Ciddi hesablamalar aparılsa, bu metod mikroiqlimə və ekosistemlərə ciddi mənfi təsir göstərmir".

"Azərbaycanda tətbiqi realdır"

Ekspert yeraltı suların minerallaşması layihəsindən də söz açdı: "Azərbaycanda duzlu və ya minerallaşmış yeraltı sular daha çox Abşeron yarımadasında, Kür-Araz ovalığında, xüsusilə Salyan, Neftçala və Sabirabad rayonlarında, həmçinin Naxçıvan və Qobustan ərazilərində yayılıb. Bu bölgələrdə qrunt suları səthə yaxın yerləşdiyi üçün intensiv buxarlanma və dəniz suyunun intruziyası nəticəsində duzluluqları artır. Belə suların təmizlənməsi üçün ən effektiv qurğular tərs osmoz və nanotexnologiya sistemləridir. Bu texnologiyalar yüksək və ortaminerallaşmış sular üçün daha qənaətlidir və Azərbaycanda tətbiqi realdır. Yüksəkminerallaşmış sular üçün elektrodializ və hibrid üsullar da mümkündür, amma daha bahalıdır. Azərbaycanda suların təmizlənməsində nanotexnologiyadan istifadə təcrübəsi mövcuddur. Belə ki, 2015-ci ildən fəaliyyətə başlamış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə içməli suyun keyfiyyəti beynəlxalq standartlara uyğun səviyyədə təmin edilir. Burada tətbiq olunan ultrasüzgəc texnologiyası suyun tərkibindəki mikroorqanizmləri, duzları və digər çirkləndiriciləri yüksək dəqiqliklə təmizləməyə imkan verir. Bu kompleks hazırda Bakı və Abşeron yarımadasının böyük bir hissəsinin su təminatında əsas rol oynayır".

Üzən günəş panelləri, buxarlanma örtükləri

A.Tağıyevin fikrincə, yeni su anbarları iqlim dəyişikliyinin yaratdığı risklərə qarşı mühüm vasitədir. Çünki onlar çay axınındakı mövsümi dəyişmələri tənzimləyir, quraqlıq dövründə su ehtiyatı formalaşdırır və kənd təsərrüfatında, sənayedə, həmçinin içməli su təchizatında sabitliyi təmin edirlər: "Amma nəzərə almaq lazımdır ki, iqlim istiləşməsi şəraitində buxarlanma artdığı üçün anbarlarda su itkisi də çoxalır. Ona görə müasir anbarlarda su itkilərini minimuma endirən texnologiyalar - üzən günəş panelləri, buxarlanma örtükləri və s. tətbiq edilməlidir".

"Bu texnologiya xeyli enerji tələb edir"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov isə düşünür ki, bu layihələrin tətbiqi zamanı bəzi məqamlar nəzərə alınmalıdır: "Havadan su əldə edilməsi o qədər də məşhur texnologiya deyil. Nisbi rütubətlilik çox olan, digər su mənbələri olmayan ərazilərdə istifadə olunur. Amma bu texnologiya xeyli enerji tələb edir. Bəzi şirkətlər bu texnologiyaları gətirib fermerlərə sata bilərlər. Qrunt sularının duzsuzlaşdırılıraq su təminatı çox zəif olan yerlərə verilməsi mümkündür. Eyni prosesi kollektor sularını duzsuzlaşdıraraq etmək olar. Baş Muğan və Baş Mil kollektorları var ki, onların suları az minerallaşıb. Həmin yerlərdə suları duzsuzlaşdıraraq yerli əhalinin istifadəsinə vermək mümkündür. Amma elə yerdə etmək lazımdır ki, bu, çaylardan əlavə suların götürülməsinə səbəb olmasın".

Ekosistem qanunlarına ziddir?

R.Abbasovun sözlərinə görə, su anbarlarını mümkün qədər az tikməliyik. Çünki bu, çayların suyunun tənzimlənməsinə gətirib çıxarır və ekosistem qanunlarına ziddir: "Elə ərazilər var ki, orada su anbarları tez dola bilər. Bu xüsusilə selli çaylara aiddir. Məsələn, Göyçay çayı üzərində 2003-cü ildə su anbarı tikildi. Çox qısa müddətdən sonra doldu. Həm də bənddən aşağıda çox ciddi fəsadlar verdi. Çalışmaq lazımdır ki, su anbarları tikilən zaman çaylardan gedən asılı gətirmələrin miqdarı nəzərə alınsın. Bəndi tikərkən hansı çayın üzərində olmasına fikir vermək lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see263

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see250

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see119

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri