Icma.az
close
up
RU
Beşiktaş da ümidləri doğrultmayan İmmobile İtaliya nəhənginin hədəfindədi

Beşiktaş da ümidləri doğrultmayan İmmobile İtaliya nəhənginin hədəfindədi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çiro İmmobilenin Türkiyə karyerası istənilən səviyyədə keçməsə də, onunla bağlı müxtəlif şayiələr dolaşır.

''Football-plus.az'' xəbər verir ki, təcrübəli italiyalı forvard mövsümün əvvəlində böyük ümidlərlə ''Beşiktaş''a gəlmişdi.
Əslində onun göstəriciləri faciəvi deyil. İmmobile bu mövsüm 33 rəsmi oyunda aktivinə 15 qol, 3 məhsuldar ötürmə yazıb. Amma o, bu qolların böyük əksəriyyətini ilk aylarda vurub. Təsadüfi deyil ki, 35 yaşlı futbolçu son 10 rəsmi oyunda cəmi 1 dəfə fərqlənib. Elə ''Qalatasaray''a qarşı son derbidə baş məşqçi Ole Qunnar Sulşerin ona ehtiyac duymaması və İmmobilenin bütün oyunu ehtiyatda keçirməsi diqqətdən qaçmadı. Qeyri-adi bir şey baş verməsə o, mövsümün sonunda Türkiyədən və ''Beşiktaş''dan ayrılacaq.
Maraqlıdı ki, İmmobilenin irəliləyən yaşına və məhsuldarlığının aşağı düşməsinə baxmayaraq o, ''Beşiktaş''dan daha adlı-sanlı kluba keçə bilər. ''Calcio Mercato''nun xəbərinə görə ''İnter'' iranlı forvard Mehdi Tareminin performansından narazı qaldığı üçün gözünü İmmobileyə dikib. İtaliya futboluna uyğunlaşmaqda çətinlik çəkən Taremi bu mövsüm 34 rəsmi oyunda cəmi 3 qol vurub.
''İnter'' hazır, təcrübəli və İtaliya futbolunu tanıyan bir hücumçu axtarır ki, İmmobile də bu kriteriyalara cavab verir. Bu futbolçu son açıqlamasında özü də İtaliyaya qayıtmağın əleyhinə olmadığını bu sözlərlə biruzə vermişdi:

''Psixoloji cəhətdən özümü çox yaxşı hiss edirəm və hələ də futbol oynamağa olan istəyim ən yüksək səviyyədədi. Bir çox rekordlar qırdığım və parladığım bir liqaya qayıtmaq heç də pis olmazdı. Türkiyədən sonra karyeramı bitirmək niyyətim yoxdu. Əksinə son sözümü daha möhkəm şəkildə deyə bilmək üçün ciddi hazırlıq içindəyəm''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri