Icma.az
close
up
RU
“Beşiktaş” Sulşerin debüt oyununda coşdu

“Beşiktaş” Sulşerin debüt oyununda coşdu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə təmsilçiləri üçün yeni ilin ilk avrokubok həftəsi pis alınmadı. Hər halda, üç nəhəngdən heç biri uduzmadı. Hərçənd nəticə bundan da yaxşı ola bilərdi...

“Cim-Bom” tura sonuncu pillədə daxil olan, bütün oyunlarda uduzan və pley-off şansını itirən Kiyev “Dinamo”sunu qəbul etdi. Ukraynadakı məlum hadisələr üzündən əvvəlki gücündən çox uzaq olan “Dinamo” ilk 21 dəqiqədə 2 qol buraxandan sonra “ağ bayraq qaldıracağını” düşünmək olardı. Amma Türkiyə çempionu bu mövsüm tək özü oynamır, həm də rəqiblərə oynamaq imkanı verir. Vanat fasilə ərəfəsində qollardan birinin əvəzini çıxsa da, Osimhen 2-ci hissənin əvvəlində penaltidən fərqlənərək yenə fərqi iki topa çatdırdı. Amma oyunu soyutmaq, tempi aşağı salmaq, topu özündə saxlamaq kimi terminlər Okan Burukun komandasına yad olduğu üçün “Cim-Bom” sanki hesabda geridəymiş kimi irəli atılmaqda davam etdi. “Dinamo” bu rəqiblə oynamağın mümkünlüyü görərək qalan vaxtda daha iki qol vurdu. Fasilədən sonra meydana çıxan Ukrayna futbolunun veteranı Yarmolenko dubl etməklə yerli fanatları şoka saldı. Onlar o qədər məyus oldular ki, hətta final fitindən sonra Muslera kimi əfsanəni də fitə basdılar. Buna qədər AL-də 6 oyuna 1 top vuran “Dinamo” İstanbulda 37 dəqiqəyə 3 qol vurdu! Məğlubiyyətsiz seriyanın davam etməsinə baxmayaraq, “8-liy”i tərk edən “Qalatasaray” birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün son turda mütləq səfərdə “Ayaks”ı yenməlidi.
Çərşənbə günü “Beşiktaş” “Atletik”i qəbul etdi. Qaranlıq bir dönəmdən çıxmaq istəyən “Qartal”ın Sulşerin debütündə necə təsir bağışlayacağı maraq doğururdui. “Atletik” ötən ay da İstanbula səfər etmiş və “Fənərbaxça”nı 2:0 hesabı ilə yenmişdi. Görünür, həm bu məqamı, həm də komandasının turnir cədvəli baxımından rahat durumda olmasını nəzərə alan Ernesto Valverde rotasiyaya əl atmışdı. La Liqanın son oyunu ilə müqayisədə heyətdə 7 dəyişiklik edilmişdi. Amma bu məqam qətiyyən “Beşiktaş”ın parlaq qələbəsinə kölgə salmamalıdı. “Ağ-qaralar” xüsusilə 2-ci hissədə iddialı rəqibi meydandan silib-süpürdülər. Debütü nağıllardakı kimi alınan Sulşerin sanki əlində sehirli bir dəyənək var idi. Amma pley-offa vəsiqə hələ də təmin olunmayıb. Bunun üçün son turda səfərdə “Tvente”ni yenmək tələb olunur. Digər oyunların nəticələrindən asılı olaraq “Beşiktaş”ı heç-heçə də qane edə bilər. “Lion”u qəbul edən “Fənərbaxça” isə AL-də ardıcıl ikinci ev oyununda qola həsrət qaldı. Amma “Atletik”lə oyundan fərqli komanda bu dəfə heç olmasa, uduzmadı. Joze Mourinyonun belə rəqibə qarşı start heyətində 18 yaşlı müdafiəçi Yusuf Akçiçəkə şans verməsi diqqəti çəkdi. İstedadlı futbolçu oyunu ilə alqış qazandı.
“Fənər”in də durumu “Beşiktaş”la eynidi. Hər iki komandanın hesabında 9 xal var. “Sarı-lacivərdlilər”i son turda Danimarkada “Midtüllann” ilə çətin oyun gözləyir. Üstəlik Osayi-Samuel ilə Amrabat cəzalı duruma düşüb. “Fənər” pley-offa vəsiqə qazanmaq üçün ən azı uduzmamalıdı.
Avropa Liqası, əsas mərhələ, 7-ci tur
Qalatasaray – Dinamo K (Ukrayna) 3:3

Sançes, 6. Əbdülkərim Bardakcı, 21. Osimhen, 53-p. – Vanat, 44. Yarmolenko, 68; 81.
Qalatasaray: Muslera, Kaan Ayhan (Batşuayi, 86), Əbdülkərim Bardakcı, Sançes, Yakobs, Berkan Kutlu (Kərəm Dəmirbay, 73), Torreyra, Yunus Akgün, Mertens (Yusuf Dəmir, 90+1), Barış Alpər Yılmaz (Yelert, 86), Osimhen.
Fənərbaxça – Lion (Fransa) 0:0
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel, Ciku, Çağlar Söyüncü, Yusuf Akçiçək, Şimanski, Fred, Amrabat, İrfan Can Kahveci (Sen Maksimen, 59), Tadiç (Cengiz Ündər, 82), Ən-Nəsiri (Ceko, 72).
Beşiktaş – Atletik (İspaniya) 4:1
Raşitsa, 17; 60. Rafa Silva, 77. Mario, 90+2-p. – Unay Qomes, 45.
Beşiktaş: Mərt Günok, Svensson, Əmirhan Topçu, Uduoxay, Masuaku (Zaynutdinov, 69), Əl Musrati, Fernandeş, Raşitsa (Mario, 79), Rafa Silva (Ndur, 87), Muçi (Onur Bulut, 87), İmmobile (Semih Kılıçsoy, 69).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 325-ci oyundan 88-ci dəfə bərabərliklə ayrıldı (116 qələbə, 121 məğlubiyyət, top fərqi – 447:490)
* “Qalatasaray”ın məğlubiyyətsiz seriyası 25 rəsmi oyuna yüksəldi (17 heç-heçə, 8 məğlubiyyət).
* “Qalatasaray” 7 turdan sonra 18 qolla AL-in ən məhsuldar komandası statusundadı!
* “Qalatasaray” ardıcıl 11-ci rəsmi oyunda qapısını toxunuımaz saxlaya bilmədi. Komanda bu mövsüm keçirdiyi 30 qarşılaşmanın cəmi 4-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 47 qol buraxıb.
* “Qalatasaray” 7 turdan sonra 14 qol buraxıb və ilk “24-lük”də “Beşiktaş”la birlikdə ən çox qol buraxan komandadı.
* “Qalatasaray”ın mərkəz müdafiəçiləri Devinson Sançes ilə Əbdülkərim Bardakcı bu mövsüm 3-cü dəfə eyni oyunda fərqlənməyi bacardı. Onlar daha öncə superliqada “Çaykur Rizəspor” və kubokda “İstanbul BŞ” ilə oyunlarda fərqlənmişdilər.
* Mertens AL-də 70-ci oyununu keçirdi. Bununla da o, Rui Patrisionu (69) geridə qoyaraq bu turnirdə ən çox oyun keçirən futbolçuya çevrildi! Turnirin “UEFA kuboku” adlandığı dönəm bu statistikaya aid deyil.
* “Qalatasaray” avrokuboklarda Ukrayna klublarına qarşı keçirdiyi 4-cü oyunda da qələbəyə həsrət qaldı (3 heç-heçə, 1 məğlubiyyət).
* Kiyev “Dinamo”su Türkiyə təmsilçilərinə qarşı keçirdiyi 27-ci oyunda 20-ci dəfə uduzmadı (13 qələbə, 7 heç-heçə).
* “Fənərbaxça” avrokuboklarda 281-ci oyundan 59-cu bərabərliklə ayrıldı (111 qələbə, 111 məğlubiyyət, top fərqi - 381:400).
* “Fənərbaxça” bu mövsüm 11-ci avrokubok oyununda ilk dəfə qapısını toxunulmaz saxladı!
* “Fənərbaxça” tarixi ərzində “Lion”a qarşı keçirdiyi 5-ci avrokubok matçında ilk dəfə uduzmadı. Bu komandaların yolu daha öncə 2001/02 və 2004/05-də ÇL-in qrup mərhələsində kəsişmişdi. Həmin vaxt “Lion” 4 matçın hamısından qələbə ilə ayrılmışdı.
* “Fənərbaxça” Fransa təmsilçilərinə qarşı 22-ci oyundan 7-ci bərabərliklə ayrıldı (4 qələbə, 11 məğlubiyyət).
* “Lion” isə Türkiyə klublarına qarşı 14-cü oyununu keçirdi (6 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət). “Lion” bu mövsüm 3-cü turda evdə İstanbulun digər təmsilçisi “Beşiktaş”la da qarşılaşmış və minimal hesabla uduzmuşdu.
* “Beşiktaş” avrokuboklarda 251-ci oyununu keçirdi və 95-ci qələbəsini qazandı (49 heç-heçə, 107 məğlubiyyət, top fərqi – 338:383).
* “Beşiktaş” İspaniya təmsilçilərinə qarşı keçirdiyi 17-ci avrokubok matçında cəmi 4-cü qələbəsini qazandı (3 heç-heçə, 10 məğlubiyyət).
* “Beşiktaş” “Atletik”ə qarşı 4-cü avrokubok oyununda 2-ci dəfə qalib gəldi (2 məğlubiyyət). Bu komandaların yolu sonuncu dəfə 2004/05-də UEFA kubokunun qrup mərhələsində kəsişmişdi. Həmin vaxt “Qartal” İstanbulda 3:1 hesabı ilə üstün olmuşdu.
* “Beşiktaş” “Atletik”ə şəxsi rekordunu yaxşılaşdırmağa imkan vermədi. Belə ki, Bilbao təmsilçisi tarixində ilk dəfə avrokuboklarda 6 oyunluq qələbə seriyası yaxalaya bilərdi.
* Sulşer məşqçi kimi avrokuboklarda 68-ci oyunda 35-ci qələbəyə sevindi (11 heç-heçə, 22 məğlubiyyət).
* Mərt Günok “Beşiktaş”ın heyətində yubiley – 100-cü rəsmi oyununu keçirdi. Təcrübəli qapıçı bu oyunların 33-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 116 qol buraxıb.
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “

Oyuna yaxşı başladıq. İlk yarını çox inamlı keçirdik və iki qol vurduq. Rəqib, demək olar, qapımıza yaxınlaşa bilmirdi. Fasilə ərəfəsində şübhəli bir epizodda qol buraxdıq. Çünki topun yan xətdən çıxıb-çıxmadığı bilinmədi. İkinci hissədə daha yaxşı müdafiə oluna bilərdik. Künc zərbəsindən və cinah asmasından qollar buraxdıq. Oyunçularımın performansından məmnunam. Amma digər tərəfdən də bu cür oyunun 3:3-ə gəlməsinin üzünütüsünü yaşayıram. Futbolçularım komandaya və gördükləri işə bağlıdı. Onların geniş ürəyi var və fədakarlıqlar edirlər. Superliqada liderik. Avropada da hədəflərimiz var. Bugünkü kimi xırda qəzalar ola bilir. Son oyunda “Ayaks”ı səfərdə yenməyə çalışacağıq. Oyunçularıma güvənirəm və bunu həyata keçirə biləcək gücdəyik. Muslera bir qədər duyğusal insandı. Bu camiəyə böyük xidmətləri olub. Həm meydanda, həm də ondan kənarda komanda üçün önəmli isimdi. Onun arxasındayıq. Onu belə kiçik şeylərə qurban verməməliyik”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“İlk növbədə hakimin oyuna təsir etdiyini deməliyəm. Çünki “Lion”a iki qırmızı vərəqə göstərilməliydi. Amma heç biri göstərilmədi. VAR hakimə yardım etmək üçün icad edilib. Hakimin səhvə yol verməsini anlayıram. Amma VAR-ın səhv etməyə haqqı yoxdu. Rəqib oyunçu qaydasız döyüşcü kimi Şimanskini yerə yıxsa da, ikinci sarı vərəqə göstərilmədi. “Lion”un çox istedadlı futbolçuları var. Biz müdafiədə 18 yaşlı futbolçunu oynatdıq. Sen-Maksimen son 3 həftədə normal məşq etməmişdi. Fikrimcə, pley-off üçün növbəti oyunda bərabərlik bizə yetərli olacaq. Osayi-Samuel ilə Amrabatı itirsək də, Danimarkaya qələbə üçün yollanacağıq. Orda meydana 11 savaşçı ilə çıxacağıq. Yusuf Akçiçəkin performansı mənim üçün sürpriz olmadı. 18 yaşında olsa da, çox peşəkardı. Məşqə hamıdan tez gəlib həmidan gec çıxanlardandı. Pley-offa çıxandan sonra əlimin altında fərqli komanda olacaq. Şkrinyar, Karlos və Kostiçin də adını iştirak ərizəsinə salacağıq. Ona görə də indi əsas məsələ pley-offa vəsiqə qazanmaqdı”.


Ole-Qunnar Sulşer, “Beşiktaş”ın baş məşqçisi:

“İnanılmaz bir atmosferdə oynadıq. Oyunçular da bu atmosferdən zövq aldılar. Cəmi 2-3 gündü onlarla birlikdəyəm. Matçdan öncə onlara, sadəcə, meydanda savaşan bir komanda görmək istədiyimi dedim. Savaşacağımız təqdirdə necə şanslar yaxalayacağımızı və komanda şəklində necə oynaya biləcəyimizi göstərdim. Bütün göstərişlərimi həm müdafiədə, həm də hücumda əla yerinə yetirdilər. 3 xal qazanmaq çox önəmli idi. Son turda Niderlandda istədiyimiz nəticəni əldə edərək yolumuza davam edəcəyimizə inanıram. Oyunçularım meydanda bir-biri üçün can qoydu. Fanatlarımızla birləşdikdə necə güclü olduğumuzu göstərdik. Bu komandanın səviyyəli olduğunu onsuz da bilirdim. Sadəcə, psixoloji problemlər var idi. Futbol özünü yaxşı hiss etməklə əlaqəli olan bir oyundu. Komanda yoldaşın özünü yaxşı hiss edirsə, sən də də yaxşı hiss etməyə başlayırsan. Pillə-pillə irəliləməyə və bunun davamını gətirməyə çalışacağıq. “Antalyaspor”la oyun da bizim üçün yaxşı sınaq olacaq. Türkiyə çempionatını yaxından tanımaq üçün səbirsizlənirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Yanvar 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see478

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see441

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see358

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see327

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see294

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see294

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see287

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see263

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see246

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see226

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see215

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see213

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see206

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see203

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see187

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see186

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see181

Özgür Özəl həbs olunacaq

05 Avqust 2026 00:43see179

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see177

Fransada sosial gərginlik aviaşirkət işçiləri tətilə başlayır

05 Avqust 2026 02:23see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri