“Beşiktaş”dan rotasiya planı
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtalyano UEFA Avropa Liqasının III turunda “Kristal Pelas”la keçiriləcək görüş öncəsi heyətdə yeniliklər edəcəyini bildirib.
Futbolpress.az xəbər verir ki, italiyalı mütəxəssis sıx qrafik səbəbindən futbolçularda yorğunluq olduğunu və meydana fərqli heyətlə çıxacaqlarını vurğulayıb:
“Komandada yorğunluq var, bu səbəbdən start heyətində dəyişikliklər edəcəyik. Meydanda fiziki baxımdan ən yaxşı durumda olanlar mübarizə aparacaq. Qarşımızda İngiltərə Premyer Liqası təmsilçisi və Konfrans Liqasının son qalibi var. Amma ilk “səkkizlikdə” yer almaq üçün bu oyundan mütləq xal qazanmalıyıq”.
Bu gün İstanbulda təşkil olunacaq “Beşiktaş” – “Kristal Pelas” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Baxış sayı:126
Bu xəbər 22 Oktyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















