“Beşiktaş”dan qələbə, “Çorum”dan darmadağın
Apasport saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Super Liqasında VII turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Kocaelispor”u qəbul edib.
İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Orkun Kökçü hesabı açıb. Qonaqlardan Şou 27-ci dəqiqədə bərabərliyi təmin etsə də, 31-ci dəqiqədə Duşan Vlahoviç penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.
Günün digər qarşılaşmasında “Çorum” səfərdə “Qaziantep”i 3:0 hesabı ilə darmadağın edib. Qonaqların heyətində 37-ci dəqiqədə Cengiz Ünder, 60-cı dəqiqədə Kiziridis və 83-cü dəqiqədə Karlsbakk fərqləniblər.
“Konyaspor” – “Başakşəhər” görüşündə isə qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qalatasaray” “Kasımpaşa”nı 3:1, “Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib.
“Fənərbaxça” və “Trabzonspor”dan inamlı qələbə İspaniyada qalmaqal – La Liqa matçı yarımçıq dayandırıldı “Qalatasaray” 3 xalı 3 qolla qazandı “Le Klassika”da parislilər sevindi “Amed” liderliyə yüksəldi: “Beşiktaş”ı məğlub etdi
Baxış sayı:80
Bu xəbər 11 Oktyabr 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















