“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasında “Beşiktaş”la İsrailin “Hapoel” (Beer-Şeva) komandası arasında keçiriləcək matçın təhlükəsizlik səbəbindən Türkiyədən kənarda oynanılması gündəmə gəlib.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, noyabrın 26-da İstanbulda keçirilməsi planlaşdırılan qarşılaşmanın neytral meydanda təşkil olunması UEFA tərəfindən müzakirə edilir. Buna səbəb kimi təhlükəsizliklə bağlı narahatlıqlar göstərilir.
Məlumata görə, “Beşiktaş” rəhbərliyi matçın keçirilməsi üçün Gürcüstanın Batumi şəhərini UEFA-ya təklif etməyi düşünür. Qarşılaşmanın hansı ölkə və stadionda keçiriləcəyi ilə bağlı yekun qərarı UEFA verəcək.
Qeyd olunur ki, matçın Türkiyədən kənarda keçirilməsi baş tutacağı təqdirdə, “Beşiktaş” doğma meydan və azarkeş dəstəyindən məhrum olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 07 Sentyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















