Icma.az
close
up
RU
“Beşiktaş”ın Avroliqa oyunu Azərbaycanda keçirilə bilərmi?

“Beşiktaş”ın Avroliqa oyunu Azərbaycanda keçirilə bilərmi?

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turunun “Beşiktaş” (Türkiyə) - “Makkabi” (Tel-Əviv, İsrail) matçının bitərəf meydanda keçirilməsinə qərar verib. Əvvəlcə bu görüş İstanbula təyin edilmişdi.

Lakin təhlükəsizlik səbəbindən, Türkiyə hökumətinin müraciəti əsasında qarşılaşmanın noyabrın 28-də başqa bir ölkədə oynanılması qərara alınıb.

QOL.az-ın xəbərinə görə, bundan sonra görüşün Azərbaycanda keçirilməsi ilə bağlı fikir və təkliflər də səslənir. Lakin həmin gün üçün oyunun Azərbaycanda keçirilməsi ehtimalı çox azdır.

Bunun səbəblərinə gəlincə…

Əvvəla noyabrın 28-si Azərbaycan çempionu “Qarabağ” Fransanın “Lion” klubunu Bakıda qəbul edəcək. Deməli, avrokubok matçını qəbul etmək standartında olan stadionlardan biri - Tofiq Bəhramovun adını daşıyan arena məşğul olacaq. 

Digər və ən böyük arena olan Bakı Olimpiya Stadionunda (BOS) isə ən yaxşı halda gələn ilin əvvəli oyunlar keçirilə bilər. Çünki COP-29 tədbiri Bakıda olacağından (11 noyabr-22 noyabr) arena bu mötəbər tətbir üçün ayrılıb. Odur ki, bu tədbir bitəndən 6 gün sonra keçirilməli olan “Beşiktaş” - “Makkabi” matçına stadionu hazır etmək fiziki və texniki baxımdan mümkün deyil. Deməli, BOS variantı da alınmır.

Azərbaycanda Avropa kubokunun Liqa mərhələsi üçün standarta cavab verən digər stadionlar “Neftçi Arena”, Mərdəkan stadionu və Sumqaytdakı Mehdi Hüseynzadə adına stadiondur.

Sumqayıt stadionu da həmin gün dolu olacaq. Çünki noyabrın 28-si Minsk “Dinamo”su Konfrans Liqasında “Kopenhagen”lə (Danimarka) oyununu məhz həmin arenada keçirəcək ki, bu da hələ bir neçə ay əvvəldən təsdiqlənib. 

Bakının mərkəzindən xeyli uzaq Mərdəkanın da "Beşiktaş"ı cəlb edəcəyi inandırıcı deyil.

Odur ki, 28 noyabr tarixi üçün boş stadion olaraq yalnız 11 min tamaşaçı tutumuna malik "Neftçi Arena" qalır. Lakin “Beşiktaş”ın oyunu bu stadionda keçirib-keçirməmək istəyi məlum deyil. Əlbəttə, Türkiyənin böyük klubları üçün çox gəlir əldə etmək baxımından belə bir matçın Azərbaycanın daha böyük stadionunda (məsələn BOS-da) qəbul etmək daha maraqlı olardı. Lakin qeyd etdiyimiz kimi, bu stadionda oyun təşkil etmək indi alınmır. Odur ki, “Neftçi Arena” “Beşiktaş” üçün uyğun olub-olmayacağını biz yalnız qısa bir müddət sonra görəcəyik.

UEFA-nın yaydığı xəbərə görə, matçın hansı ölkədə keçiriləcəyi ilə bağlı “Beşiktaş”la müzakirə davam edir və yekun qərarla bağlı tezliklə açıqlama veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Noyabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri