Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

“Beşinci respublika” böhran içində

“Beşinci respublika” böhran içində

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa prezidentinə etimad sürətlə azalır

Fransa siyasətində son illərin əsas müzakirə mövzusu hökumətin ardıcıl səhvləri və bunların yaratdığı gərginliklərdir. Hökumətin idarəçilik üslubunda çevik yanaşmanın olmaması, əksinə, sərt və çox vaxt nəticəsiz qərarların qəbul olunması ictimai gərginliyi daha da artırır. Xarici siyasətdəki qeyri-sabit addımların daxildəki narazılıqlarla üst-üstə düşərək ölkəni çətin vəziyyətə saldığı günün reallığıdır. Sosial ədalətin, iqtisadi sabitliyin və milli həmrəyliyin təmin olunmaması hökumətin əsas problemlərindəndir. Cəmiyyətin müxtəlif təbəqələri arasında parçalanma dərinləşir, etirazlar isə gündəlik hadisəyə çevrilir. Vəd edilən islahatların nəticəsiz qalması vətəndaşlarda ümidsizlik və inamsızlıq yaradır. Bütün bunlar Fransada siyasi mühitin dərin ziddiyyətlər və böhranlarla xarakterizə olunmasına səbəb olur.

Beşinci Respublika rəhbərliyinin, konkret olaraq, prezidenti Emmanuel Makronun yaranmış vəziyyətdən çıxış yolu tapa bilməməsi onun reytinqinin sürətlə aşağı düşməsinə gətirib çıxarıb. Fransa İctimai Rəy İnstitutunun (IFOP) “Le Journal du Dimanche” qəzetində dərc etdiyi sorğunun nəticələrinə görə, Makronun fəaliyyətindən razılıq səviyyəsi 2025-ci ilin sentyabr ayında tarixi minimuma enib.

Respondentlərin yalnız 19 faizi Fransa liderinin fəaliyyətindən razıdır ki, bu da avqust ayı ilə müqayisədə 5 faiz bəndi aşağıdır və sorğu tarixində ən aşağı göstəricidir, deyə institut qeyd edib. Rəyi soruşulanların, ən azı, 81 faizi Makronun işindən narazı olduğunu, 50 faizi çox məyus olduğunu, 31 faizi isə daha çox məyus olduğunu bildirib. Narazılıqda ən çox artım kiçik ticarətçilər və sahibkarlar (+20 faiz) və yaşı 65-dən yuxarı olan vətəndaşlar (+10 faiz) arasında qeydə alınıb. Respondentlərin sayı və sorğunun keçirilmə tarixi barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 8-də baş nazir Fransua Bayru Milli Assambleyada (parlamentin aşağı palatası) hökumətinə etimad məsələsi ilə bağlı səsvermədən əvvəl ölkə iqtisadiyyatında ilk növbədə dövlət borcunun sürətli artımı ilə bağlı yaranmış böhrandan bəhs edib. Müxalifət nümayəndələri, Makron da daxil olmaqla, hökumətlərin tez-tez dəyişdirilməsi siyasətinin bu vəziyyətə gətirib çıxardığını bildiriblər. Deputatların əksəriyyəti (364 nəfər) cəmi 9 ay fəaliyyət göstərən hökumətə etimadın əleyhinə səs veriblər. 194 deputat isə hökumət başçısının lehinə səs verib. Sentyabrın 9-da Silahlı Qüvvələr naziri Sebastian Lekornu Fransanın yeni baş naziri təyin edilib.

Onu da bildirək ki, etimadsızlıq səsverməsi keçirilməsinin təşəbbüskarı Fransanın dövlət borcunu azaltmaq üçün dövlət xərclərini təxminən 44 milyard avro azaltmağı təklif etdiyi “sərt qənaət” planının yaratdığı böhrandan sonra Bayru özü idi. Bayru xüsusilə vergi dərəcələrinin, eləcə də sosial müavinətlərin və pensiyaların mövcud səviyyədə dondurulmasını təklif etmişdi.

Fransua Bayru 2017-ci ildə E.Makronun prezident seçilməsindən sonrakı dövrdə altıncı, 2022-ci ildən sonra isə beşinci baş nazir idi. Bütövlükdə, Fransada son illərin siyasi mənzərəsi ölkə rəhbərliyinin ardıcıl uğursuz qərarları fonunda formalaşır. Makronun daxili siyasətdə ortaya qoyduğu xətt nə ictimai sabitlik gətirib, nə də sosial problemlərin həllinə töhfə verib. Əksinə, hökumətin qəbul etdiyi hər bir qərar cəmiyyətdə yeni gərginlik dalğaları doğurur. Enerji böhranından tutmuş pensiya islahatlarına qədər atılan addımlar vətəndaşların gündəlik həyatına ağır təsir göstərib. Ölkənin böyük şəhərlərinin küçələrinin bir neçə il ərzində davamlı olaraq etirazların, tətillərin və narazılıqların ünvanına çevrildiyini hər kəs xatırlayır.

***

Sirr deyil ki, Makronun idarəçilik üslubu çox vaxt sərt və avtoritar çalarlarla müşahidə olunur. O, islahat adı altında həyata keçirdiyi təşəbbüsləri müzakirəyə çıxarmadan, sanki zorla xalqa qəbul etdirir. Halbuki fransız cəmiyyətinin ənənəvi xüsusiyyəti demokratik dialoq və ictimai konsensusdur. Hakimiyyət isə bu prinsipləri gözardı edərək, “mən nə dedim, odur” siyasətini önə çıxarır. Bu səbəbdən də narazılıqlar daha da dərinləşir, sosial qruplar arasında uçurum genişlənir. Zəhmətkeşlər, tələbələr, orta təbəqə – hamı müxtəlif səbəblərlə eyni dalğada hökumət əleyhinə çıxış edir. Ən böyük problemlərdən biri də sosial ədalət məsələsidir. Vətəndaşlar gündəlik həyatlarını ağırlaşdıran iqtisadi çətinliklər fonunda hökumətin daha çox imtiyazlı təbəqələri qorumasını açıq şəkildə hiss edirlər. Gənclərin işsizlik problemi həll olunmur, təhsil sistemindəki bərabərsizliklər qalır, regionlar arasındakı fərq isə artır. Xüsusilə kəndlərdə və kiçik şəhərlərdə yaşayan vətəndaşlar özlərini dövlət tərəfindən unudulmuş sayırlar. Bu da böyük şəhərlərdəki nümayişlərlə yanaşı, əyalətlərdə də narazılığın kök salmasına səbəb olur.

Makronun hakimiyyəti dövründə siyasi gündəm çox vaxt elitanın maraqlara uyğun formalaşdırılıb. Cəmiyyətin əsas təbəqələri isə prosesdən kənarda qalıb. Vəd edilən “yeni Fransa” ideyası kağız üzərində yarşıqlı görünsə də, reallıqda ciddi sosial böhranları daha da kəskinləşdirib. İnsanlar artıq hökumətin sözlərinə deyil, öz təcrübələrinə güvənirlər. Bu təcrübə isə gündəlik həyatın bahalaşma, qeyri-bərabərlik və daimi etirazlarla dolu olduğunu göstərir.

Bu mənada Fransada aparılan son rəy sorğusu ölkə rəhbərliyinin uğursuz siyasətinin cəmiyyətə necə təsir etdiyini açıq şəkildə ortaya qoyur. Beşinci Respublika rəhbərinin bir neçə ildir daxili idarəçilikdə yol verdiyi ardıcıl səhvlər nəticəsində ictimai narazılıqlar daha da güclənib və bu gün Paris küçələri müxtəlif sosial qrupların iğtişaş səhnəsinə çevrilib. Enerji qiymətlərindən tutmuş sosial təminata qədər hər bir sahədə yaşanan böhran insanların durumunu ağırlaşdırıb. İctimai Rəy İnstitutunun dərc etdiyi son rəy sorğusu bu vəziyyətin bariz göstəricisidir. Sorğunun nəticələrinə görə, Makronun fəaliyyətindən razılıq bildirənlər rəyi soruşulanların cəmi 19 faizini təşkil edirlər. Bu, institutun tarixində qeydə alınmış ən aşağı göstərici hesab olunur. Daha diqqətçəkən məqam odur ki, narazıların böyük hissəsi – 50 faizi tam məyus olduqlarını etiraf ediblər. Bu, artıq təkcə bir siyasətçinin şəxsi uğursuzluğu deyil, həm də dövlətlə xalq arasında dərin uçurumun yaranması deməkdir. Narazılığın ən çox kiçik ticarətçilər və sahibkarlar arasında artması da vacib nüansdır. Çünki məhz bu təbəqə ölkə iqtisadiyyatının, necə deyərlər, onurğa sütunu sayılır və onların inamsızlığı iqtisadi həyatın bütün sahələrinə mənfi təsir göstərə bilər.

Sorğu fonunda parlamentdə baş verənlər də Fransanın hansı siyasi burulğana düşdüyünü göstərir. Fransua Bayru hökuməti cəmi 9 ay davam gətirə bildi. Dövlət borcunun sürətlə artmasını əsas gətirən baş nazir qənaət planı irəli sürdü, amma bu addım əksinə, narazılığı daha da qızışdırıb. Vergilərin artırılması, sosial müavinətlərin və pensiyaların dondurulması kimi təkliflər əhalinin ən həssas təbəqələrinə birbaşa zərbə idi. Nəticədə parlamentdə etimadsızlıq səsverməsi keçirildi və hökumət çoxluq tərəfindən rədd edilib. Bayru özü də etiraf edib ki, sərt qənaət planı əhalidə ciddi narazılıq doğurub.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı XQ-yə bildirdi ki, sentyabrın 9-da yeni baş nazirin təyin olunması Fransadakı ümumi mənzərəni dəyişməyəcək. Onun sözlərinə görə, çünki problem təkcə hökumət başçılarının tez-tez dəyişməsində deyil, dövlətin idarəçilik mexanizminin böhran yaşamasındadır: “Cəmiyyət artıq başa düşür ki, hakimiyyətin növbəti “islahat” vədləri real nəticə vermir. Hər yeni baş nazirin təyin olunması sadəcə vaxt udmaq, narazı kütlənin diqqətini qısa müddətlik yayındırmaq cəhdinə bənzəyir. Amma həm küçələrdə, həm də sorğularda əks olunan mənzərə aydındır: Fransa dərin siyasi və sosial böhran yaşayır. Makronun siyasəti indi təkcə onun şəxsi nüfuzuna zərbə vurmur, həm də dövlətin əsas sütunlarını sarsıdır. Əgər hakimiyyət bu vəziyyətdən çıxış yolu tapa bilməsə, qarşıdakı illərdə ölkə daha ciddi siyasi silkələnmələrlə üz-üzə qala bilər”.

Ekspert qeyd etdi ki, Fransada keçirilən son sorğu cəmiyyətlə hakimiyyət arasında uçurumun getdikcə böyüdüyünü bir daha göstərdi. Onun sözlərinə görə, əhalinin böyük hissəsi artıq prezidentin qərarlarında ümidverici heç nə görmür: “Ənənəvi olaraq siyasi sabitliyin dayağı sayılan orta və yaşlı nəsil belə narazılığını açıq ifadə edir. Kiçik sahibkarların etimadını itirmək isə iqtisadi həyat üçün təhlükəli siqnaldır. Çünki bu təbəqə həm istehsal, həm də sosial dinamikanın aparıcı qüvvəsidir. Əgər yaxın vaxtlarda real dəyişikliklər baş verməsə, siyasi böhran daha da dərinləşəcək”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see366

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see266

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see227

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see196

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see187

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see179

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see177

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see176

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see170

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see169

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see169

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see167

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see163

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see159

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see159

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see155

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see155

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see148

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri