Icma.az
close
up
RU
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?

“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər bazarda “keyfiyyətli”, “ət məhsulu” adı altında satılan kolbasaların tərkibi ciddi suallar doğurur. “Best Beef” müəssisəsinə məxsus servelat kolbasasının üzərində göstərilən məlumatlar da bu məhsulun tam təbii olmadığını açıq şəkildə ortaya qoyur.

Məhsulun etiketində kolbasanın tərkibində müxtəlif qida əlavələrindən (E kodlardan) istifadə edildiyi qeyd olunur. Bu isə onu göstərir ki, sözügedən kolbasa yalnız ət və təbii ədviyyatlardan ibarət deyil.

Tribuna.az xəbər verir ki, etiketdə göstərilən tərkibə əsasən məhsulda ən az 3 zərərli qida əlavəsindən istifadə edilib.

Onlardan biri də E450 – Fosfatlar yəni turşuluq tənzimləyicisizidir.

Bu maddə məhsulun həcmini artırmaq və su tutumunu yüksəltmək üçün istifadə olunur.

Bu qida əlavəsi kalsiumun orqanizmdən çıxmasına səbəb ola bilir,
sümük əriməsi riskini artırır, böyrək və ürək-damar problemləri olanlar üçün təhlükəlidir.

Uşaqlar və yaşlılar üçün tövsiyə edilmir.

Məhsuldakı E300 – Askorbin turşusu (antioksidant)
adətən məhsulun rəngini qorumaq və oksidləşmənin qarşısını almaq üçün qatılır.

Nisbətən təhlükəsiz hesab olunsa da, emal olunmuş ət məhsullarında istifadəsi məhsulun təbii olmadığını göstərir.

E627 – Dinatrium guanilat (dad və iy gücləndiricisi) isə kolbasaya süni dad vermək məqsədi ilə istifadə olunur.

Bu qida əlavəsi sinir sisteminə təsir göstərə bilir, baş ağrısı, ürəkbulanma yarada bilir. Allergik reaksiyalara səbəb ola bilir. Bu maddə uşaqlar üçün xüsusilə zərərlidir.

Məhsulun etiket məlumatları açıq şəkildə göstərir ki, “Best Beef” servelat kolbasasının tərkibi tam təbii deyil. Məhsulda dad artırıcılar, struktur formalaşdıran və həcmi süni şəkildə çoxaldan qida əlavələri mövcuddur.
Bu cür əlavələr qısa müddətdə məhsulun görünüşünü və dadını cəlbedici etsə də, müntəzəm istifadəsi sağlamlıq üçün risk yarada bilər.

Mütəxəssislər məsləhət görür ki, istehlakçılar kolbasa və digər emal olunmuş ət məhsullarını seçərkən etiket məlumatlarına xüsusilə diqqət etməli, “ət məhsulu” adı altında satılan hər məhsulu təbii hesab etməməlidirlər.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi apardığı yoxlama zamanı “Best Beef” müəssisəsinə məxsus “Ocaq” kolbsalarında etiket və tərkibdə uyğunsuzluq aşkarlamış, buna görə müəssisə cərimələnmiş, məhsul sarışdan çıxarılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:515
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri