Icma.az
close
up
RU
Bəstəkar Cövdət Hacıyevin doğum günüdür

Bəstəkar Cövdət Hacıyevin doğum günüdür

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir.

Oxu.Az xatırladır ki, Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev 18 iyun 1917-ci ildə Şəki şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra 1935-38-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938-41-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub.

İkinci Dünya müharibəsi başlayanda Cövdət tələbə olmasına baxmayaraq, müharibəyə yollanıb. Cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirib. 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1957-69-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.

Azərbaycanda simfoniyanın banilərindən biri olan C.Hacıyev yaratdığı əsərlərdə öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan birhissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı, simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı - "Şöhrət" ordeni ilə təltif olunub.

Cövdət Hacıyev ümumilikdə, səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin, simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.

Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə bəstələnib. Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası ulu öndər Heydər Əliyevə həsr olunub.

Bəstəkar Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də, ömrünün 85-ci ilində vəfat edib.

Qeyd edək ki, o, rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri