Icma.az
close
up
RU
Bu gün Hikmət Hacıyevin doğum günüdür

Bu gün Hikmət Hacıyevin doğum günüdür

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev doğum günüdür. 

Missiya.Az xəbər verir ki, o, ölkəmizin xarici siyasətinin formalaşmasında və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsində mühüm xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini doğma şəhərində aldıqdan sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində ali təhsil alıb. Daha sonra NATO Müdafiə Kolleci, George C. Marshall Təhlükəsizlik Araşdırmaları Mərkəzi və Brüssel Azad Universiteti kimi nüfuzlu beynəlxalq təhsil ocaqlarında ixtisasını təkmilləşdirib.
Diplomatik fəaliyyətinə Azərbaycan Xarici İşlər Nazirliyində başlayan Hikmət Hacıyev qısa müddətdə peşəkarlığı, analitik düşüncəsi və beynəlxalq məsələlərə geniş baxış bucağı ilə seçilib. O, Azərbaycanın NATO-dakı, Küveytdəki və Misirdəki nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışaraq ölkəmizin diplomatik əlaqələrinin inkişafına töhfə verib. Daha sonra Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri kimi Azərbaycan diplomatiyasının informasiya siyasətini uğurla həyata keçirib, beynəlxalq mediada ölkəmizin mövqelərinin düzgün çatdırılmasında mühüm rol oynayıb.
2018-ci ildən etibarən Prezident Administrasiyasında Xarici siyasət məsələləri şöbəsində fəaliyyət göstərən Hikmət Hacıyev hazırda Azərbaycan Respublikasının Prezidentinin köməkçisi və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiridir. Onun fəaliyyəti ölkənin xarici siyasət kursunun həyata keçirilməsində, beynəlxalq əməkdaşlığın möhkəmlənməsində və informasiya müharibəsi sahəsində dövlət maraqlarının qorunmasında xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə Hikmət Hacıyev həm ölkə daxilində, həm də beynəlxalq miqyasda çevik, müasir düşüncəli diplomat kimi tanınır. O, Azərbaycan diplomatiyasının yeni nəsil nümayəndəsi kimi milli maraqları qlobal siyasətdə bacarıqla müdafiə edir. Bu gün doğum günü münasibətilə dövlət xadiminə uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

İlahə Qənbərli

Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri