Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Bəstəkarın oğlundan ETİRAZ: “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”

Bəstəkarın oğlundan ETİRAZ: “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Müğənni Kəmalə Günəşli görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin bəstəkarı olduğu “Eşqimə şahid zaman” adlı mahnını ifa edib.

Moderator.az-a açıqlama verən bəstəkarın oğlu Elçin Kazımi bildirib ki, müğənni varis kimi onlardan icazə almayıb:


“Adıçəkilən müğənni varis olaraq nə məndən, nə də anamdan icazə alıb. Bizim xəbərimiz yox idi, siz deyəndən sonra gördük ki, mahnı ifa olunub. Sözün düzünü bilmək istəyirsinizsə mahnını orijinal variantda oxuyub, ifasında pis deyil. Burada söhbət xanımın mahnını yaxşı yaxud da pis oxumasından getmir. Burada əsas nüans mahnını kimin oxumasıdır... Mən ağzıma gələni oxuyum, götürüm sonra bu əsəri də oxuyum?! Bu hansı məntiqə sığır?! Toy müğənnisinin birdən-birə götürüb görkəmli bəstəkarın ən sevimli əsərini, mahnısını oxumaq bilirsiniz nə deməkdir?! Başqa mahnılarını oxusaydı bəlkə də anlaşılan idi. O nəinki icazə, hətta dəfələrlə icazə almalı idi. Ən azından bizdən olmasa da mahnının ilk ifaçısı Flora xanım Kərimovadan icazə almalı idi. O vaxt kimsə atamın mahnısını oxuyanda dəfələrlə zəng edib icazə alırdı. O da belə mövzularda məsuliyyətli idi. Efir qadağası olan müğənninin bu əsəri oxuması böyük cürətdir. Bir də onu demək istəyirəm ki, əgər kimsə atamın mahnısını götürüb oxuyursa o şəxsin cəmiyyətdə nüfuz və hörmət sahibi olması mütləqdir. Əlbəttə ki, müğənninin şəxsiyyəti, kim olması mütləq haldır. Siz görün atamın əsərlərini kimlər oxuyub?! Yalçın Rzazadə, Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova, Oqtay Ağayev və s. sənətkarlar. Atam mahnılarını oxuyacaq müğənniləri özü seçirdi.. “Eşqimə şahid zaman” mahnısının ən bariz nümunəsi 4 oktavalı səs sahibi Flora Kərimovanın ifasında olandır. Ondan sonra Mətanət İsgəndərli də, Nadir Qafarzadə də ifa ediblər. Onlarda da pis alınmayıb, rəng qatıblar” deyə görkəmli bəstəkarın oğlu bildirib.


Elçin Kazımi atasının sağlığında mahnılarını icazəsiz oxuyan müğənnilərə qarşı söylədiyi fikirləri də bizimlə bölüşdü:


“Mənim atam deyirdi ki, “mahnılarımı yazmışam ki, Azərbaycan xalqı götürüb oxusun”. Sadəcə olaraq elə bir adam oxumalıdır ki, o özü də cəmiyyətdə hörmət və nüfuz sahibi olsun. Atama deyirdilər ki, filankəs sənin mahnını oxuyub pis günə qoyub. O da deyirdi ki, “pis oxuyub nə edəcək ki?!”. O pis oxuyacaq, bu pis oxuyacaq, hansı yaxşı oxuyacaqsa tarixdə də o qalacaq. Deyirdi ki, “gör Nizaminin vaxtında nə qədər şair olub, kim tarixdə qalıb? Əlbəttə ki, Nizami” deyə bəstəkarın oğlu bildirib.

View this post on Instagram

A post shared by Kəmalə Mirzəyeva (@kamala.gunashli)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 May 2026 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri