Bəxt İspaniyanın tərəfində idi Rudi Qarsiya
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Belçika millisi DÇ-2026-nın 1/4 final məthələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşıb.
Sportal.az xəbər verir ki, oyun başa çatdıqdan sonra "qırmızı şeytanlar"ın baş məşqçisi Rudi Qarsiya komandasının çıxışını şərh edib:
"Matçdan sonra futbolçularıma dedim ki, bu turnirdə etdiklərimizlə fəxr edə bilərik. İspaniya kimi güclü rəqibin gözünün içinə dik baxdıq və sonda hər şeyi adi şans həll etdi. Bu dəfə bəxt İspaniyanın tərəfində idi, Belçikanın yox. Matçdan əvvəl kapitanımız Tilemansı, oyun gedişində isə Kurtuanı itirdik. De Bruyne də zədə səbəbindən oyunu tamamlaya bilmədi.
Hazırda yalnız öz oyunumuzdan danışmalıyıq. Məyusuq, çünki maksimum səy göstərdik, lakin bu kifayət etmədi. Zədələr yüksək səviyyəli idmanın bir hissəsidir. Kurtua bütün aspektlərdə əla idi. Onun zədəsinin daha da ciddiləşməsini istəmədik. O, əzələlərindən birini zədələmişdi. Etdiyim əvəzetmə qərarına görə peşman deyiləm. O, dünyanın ən yaxşı qapıçılarından biridir və onun üçün təkrar zədələnmə çox problemli olardı. İspaniyaya qarşı çox yaxşı oynadıq. Lakin belə səviyyədə səhv etməyə yol vermək olmaz. Biz isə düz iki dəfə səhv etdik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 11 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















