Icma.az
close
up
RU
Rudi Qarsiya “qırmızı iblislər”i hara daşıyacaq?

Rudi Qarsiya “qırmızı iblislər”i hara daşıyacaq?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Belçika Kral Futbol Assosiasiyası yanvarın 17-də Domeniko Tedeskonun yığmadan ayrıldığını elan etdi. Bir həftə sonra isə “qırmızı iblislər” üçün yeni çalışdırıcı tapıldı. Onlara bundan sonra Rudi Qarsiya rəhbərlik edəcək.

60 yaşlı fransalı məşqçi təcrübəli mütəxəssisdi, baxmayaraq ki, onun adından sonra “uğurlu” təyinini yazmaq çətindi. Qarsiya uzun karyerası boyunca müxtəlif klublarda çalışıb. Ölkəsində “Lill”, “Lion” və “Marsel”in, vətəndən kənarda isə “Roma”, “Napoli” və “Əl-Nəssr”in “sükanı arxasında” olub.
Son illərdə onun işləri qaydasında getməyib. Çətin ki, Qarsiya Səudiyyə Ərəbistanında Ronaldo ilə işbirliyindən razı qala – şayiələrə inansaq, məhz portuqaliyalı ulduz fransalı mütəxəssisin qovulmasına səbəbkar olub. Nə qədər qəribə görünsə də, Kriştiano həmin vaxt hələ bir neçə ay idi bu ölkəyə qədəm qoymuşdu, ancaq Rudi ilə münasibətləri necə pozuldusa, onu sıxışdırdı.
“Napoli”də də mütəxəssisin karyerası alınmadı – Qarsiya qısa müddət çalışdı, klubun sahibi Aurelio de Laurentis onu əməllicə aşağıladı. Məsələn, məğlubiyyətlərin birindən sonra boss mediaya belə demişdi: “Rudi üçün yaxşı məqam deyil. İtaliyanı tanımayan adamı gətirmisizsə, belə hallar olur. Lazımi anda ən yaxşı qərarı verəcəm”. Prezidentin dediyi lazımi an bir ay sonra yetişdi – 2023-ün noyabrının sonunda Qarsiya qovuldu.
O vaxtdan bəri işsiz idi. Və indi Belçika yığması vasitəsi ilə sevimli peşəyə qayıdır. Özü də bu komanda üçün çox önəmli məqamda. “Qırmızı iblislər” Millətlər Liqası çərçivəsində Ukrayna ilə iki oyun keçirməlidi. Ardından dünya çempionatının seçmə mərhələsi gəlir. Yeni baş məşqçiyə uğur arzulamaq lazımdı.
Həmin uğur əvvəlki çalışdırıcıdan – Domeniko Tedeskodan yan keçdi. Yığma onun rəhbərliyi altında 14 oyunluq məğlubiyyəsiz seriya yaxalasa da, 2024-ün yayında – qitə birinciliyində iflasa uğradı. Elə Millətlər Liqasındakı çıxış da uğursuz oldu. Komanda Fransa, İtaliya və İsrailin olduğu qrupda yalnız bir qələbə qazana bildi. Hələ baş məşqçinin yığmanın əsas ulduzu – “Real”ın şərəfini qoruyan Tibo Kurtua ilə yersiz və anlaşılmaz münaqişəsini demirik.
Bütün bunlara baxmayaraq, yerli futbol qurumu almaniyalı mütəxəssislə “isti” vidalaşdı, ona uğur arzuladı. Tedesko yığmanı 2023-ün fevralından bəri çalışdırırdı. “Qırmızı iblislər” onun rəhbərliyi altında keçirdiyi oyunların 12-də qələbə qazandı, 6-da uduzdu, 6-da da heç-heçə etdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri