Icma.az
close
up
RU
Bəxtiyar Musayev: “Klublarımızda hələ parlaq oyunu ilə seçilən transfer görmürəm” MÜSAHİBƏ

Bəxtiyar Musayev: “Klublarımızda hələ parlaq oyunu ilə seçilən transfer görmürəm” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Futbol mütəxəssisi Bəxtiyar Musayevin İdman.biz-ə müsahibəsi

- Azərbaycan futbolunda qış transfer pəncərəsi dünən gecə bağlandı. Sizcə, bu dövrdən klublarımız yetərincə faydalana bildimi?

- Bir-iki klubumuz istisna, digərləri əsasən sərbəst futbolçular axtarır. Bu maliyyə baxımından daha sərfəlidir. Çünki belə olanda heç bir kluba futbolçuya görə pul ödəmirlər. Sərbəst oyunçuları isə qış transfer pəncərəsində tapmaq çətin olduğu üçün bu dönəmdə klublarımız o qədər də aktiv olmurlar.

- Artıq bəzi yeni transferlər Premyer Liqada debüt edib. Onların içərisində diqqətinizi çəkən futbolçular oldu?

- Dövrə yeni başlayıb. Deyə bilərəm ki, hələ parlaq oyunu ilə seçilən transfer görmürəm. Bir neçə turdan sonra transferlərlə bağlı konkret nəsə demək olar. Hələlik bu barədə danışmaq tezdir.

- Qış transfer pəncərəsinin ən yaddaqalan hadisələrindən biri Juninyonun “Flamenqo”ya transferi oldu. Siz braziliyalının gedişini necə dəyərləndirirsiniz?

- Juninyonun gedişini ciddi itki hesab etmək olar. O, çox yaxşı hücumçu idi. Belə hücumçuları tapıb gətirib Azərbaycan klublarında oynatmaq asan deyil. Ümid edirəm ki, tez bir zamanda “Qarabağ” Juninyonun yoxluğunu unutduracaq futbolçu tapa biləcək.

- Bəs Kadi Borgesin dönüşü haqqında nə deyə bilərsiniz?

- Kadi "Qarabağ"da çox yaxşı çıxış etmişdi. Ümid edirəm ki, yenidən qayıdandan sonra da ən azı əvvəlki oyununu nümayiş edər və "Qarabağ"ın gücünə güc qatar. Kadinin uyğunlaşma problemi olmayacaq, çünki futbolçuların çoxunu tanıyır, baş məşqçinin nə etmək istədiyini bilir. Ümid edirəm ki, “Qarabağ” Kadi ilə daha da inamlı çıxış edəcək və onun da öz növbəsində komandaya töhfəsi olacaq.

- Qış transfer pəncərəsində “Neftçi” də aktivliyi ilə seçilirdi. Siz “ağ-qaralar”ın seçimlərini necə dəyərləndirirsiniz?

- “Neftçi”nin yeni transferlərindən tanıdığımız təkcə Elvin Camalovdur. Qalan futbolçuların nəyə qadir olduğu növbəti oyunlarda bizə daha aydın olacaq. Ümid edək ki, “Neftçi” transferlərdən bu dəfə fayda görər. Çünki komandanın yaxşı oyunçulara ehtiyacı var. Qış transfer pəncərəsində fərqlənən komandalar arasında “Neftçi”dən “Turan Tovuz”un da adını qeyd edərdim. Kimin nəyə qadir olduğunu görmək üçün müəyyən qədər vaxt lazımdır. Hər şeyi zaman göstərəcək.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri