Icma.az
close
up
RU
Bəxtiyar Musayev: İstedadlı uşaqların diqqətdən kənarda qalmaması üçün çalışacağıq MÜSAHİBƏ

Bəxtiyar Musayev: İstedadlı uşaqların diqqətdən kənarda qalmaması üçün çalışacağıq MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunan Bəxtiyar Musayevin Sportinfo.az-a müsahibəsi

- Əksəriyyət futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi kimi çalışmağı hədəfləyir. Ancaq siz skaut fəaliyyətini üstün tutdunuz. Bu sahəyə maraq haradan yarandı?

- Bəli, doğru vurğuladınız. Əksər futbolçular kimi, mən də karyeramı bitirdikdən sonra dərhal məşqçlik kurslarına yazıldım, kateqoriya əldə etdim. Ardından təcrübəli mütəxəssis, ağsaqqalımız Ağasəlim Mircavadov məni “Xəzər Lənkəran”a dəvət etdi. “Xəzər Lənkəran”ın planlarına əsasən, Braziliyaya səfər olmalı idi. Gənc və istedadlı oyunçulara baxmaq və komandaya lazım olanları seçmək üçün həmin ərəfədə məni Braziliyaya göndərdilər. Elə oldu ki, həmin səfərdən sonra həm məşqçi, həm də seleksiyaçı kimi çalışmağa başladım. Məni bu işə layiq gördüyü üçün Ağasəlim müəllimə təşəkkür edirəm.

- Futbolçu dönəmində orta sahədə texnikası və meydanı görmə bacarığı ilə seçilən Bəxtiyar Musayev skaut kimi də “iti gözlü” olması ilə diqqət çəkir. Bunun sirri nədədir?

- İlk növbədə bu sahədə bacarıqlı mütəxəssis olduğumu dediyiniz, “iti gözlü” olmağım barəsində xoş fikirlər səsləndirdiyiniz üçün təşəkkür edirəm. Bilmirəm, bu xüsusi bir sahədir, ya yox. Burada nəyin əsas rol oynadığını sizə tam deyə bilməyəcəyəm. Bəlkə də, kiçik yaşlarımdan bəxtim gətirib ki, yaxşı məşqçilərin “əlinə düşmüşəm”, onlarla çalışmışam və gənc vaxtı, cəmi 17 yaşımda “Neftçi”dən dəvət almışam. O vaxt Ruslan Abdullayevin dəvəti ilə SSRİ çempionatında “Neftçi”nin heyətində debüt etmişəm. Bəlkə gənc yaşlarımdan daha yaxşı məşqçilərlə çalışdığıma, onlardan futbolun sirlərini öyrəndiyimə görə məndə belə bir bacarıq əmələ gəlib. Düşünürəm ki, təhsilimin də olmasının bunda böyük rolu var. Daim futbolun içində olmuşam, çox baxmışam, özüm də pleymeyker mövqeyində çıxış etmişəm. Bütün bu amillərin müəyyən rolu var. “10 nömrə” oynamaq beyin işidir, orta sahədə oynamaq üçün həm topla rəftar, həm daha iti düşüncəli olmalısan. Bu, işimdə həmişə mənə faydalı olub, kömək edib.

- “Qarabağ” başda olmaqla bəzi klublara oyunçu seçimində kömək edirdiniz. Azərbaycana gəlməsində vasitəçilik etdiyiniz bir neçə oyunçunun adını deyə bilərsiniz?

- Bir çox komandalarda çalışmışam - “Xəzər Lənkəran”, “Neftçi”... Şükürlər olsun ki, bu günə kimi gətirdiyimiz oyunçuların komandalarına böyük faydaları oldu. “Xəzər Lənkəran”da Dieqo, Mario Souza, “Neftçi”də Flavinyo, Erik Ramos, Nikolas Kanales, Rodriginyo... Bu futbolçuların seçimi mənə həvalə olunmuşdu. Sevinirəm ki, onlar “Neftçi”də uğurlu oldular, komandanın ilk dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlməsində rol oynadılar.

- İndi də gələk yeni təyinatınıza. AFFA-da Skautlar şöbəsinin rəisi vəzifəsinə gəlməyiniz necə reallaşdı?

- Bu yaxınlarda AFFA-nın baş katibi Cahangir Fərəcullayev məni dəvət edərək bu vəzifədə çalışmağımı təklif etdi. Əlbəttə ki, təklifi qəbul etdim. Belə məsuliyyətli işə məni layiq gördüyü üçün Cahangir müəllimə təşəkkürümü bildirirəm. Daha əvvəl klublara az-çox töhfəm olub. Amma bura artıq milli komandadır, burada ikiqat məsuliyyətlə çalışacağam. AFFA rəhbərliyinin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Görünür, AFFA rəhbərliyi milli komandalara oyunçu seçimi üçün bacarığınıza arxalanır. Söhbət zamanı nələr müzakirə olundu, sizdən gözləntilər nələrdir?

- Bəli, müzakirə olunan əsas məsələlərdən biri ölkə xaricində oynayan həmyerlilərimizi və bölgələrimizdə olan istedadlı uşaqları tapıb üzə çıxarmaq, onları milli komandalarımıza məsləhət görməkdir. Hər kəs futbolun inkişafının uşaq futbolundan başladığı məsələsində həmfikirdir. Biz də istedadlı uşaqların diqqətdən kənarda qalmaması üçün çalışacağıq. Bu məsələnin üzərində xüsusi dayanacağıq.

- Rəhbərlik etdiyiniz Skautlar şöbəsinin hədəfləri nələr olacaq?

- Əsas hədəfimiz gözdən kənarda qalan bacarıqlı futbolçuları üzə çıxarmaq, milli komandalarımızın məşqçilərinə tövsiyə etməkdir. Həmçinin onların məşq prosesləri, məşqdən kənarda nə etməli olduqları barədə də məsləhətlərimizi verəcəyik. İstedadlı futbolçuları kəşf etdikdən sonra onların inkişafı üçün əlimizdən gələni etməliyik. Özümüz də futbolçu olduğumuz üçün nəyin doğru, nəyin yanlış olduğunu bilirik. Bunları həmin uşaqlara başa salmalıyıq. Onların inkişaf etmələrində və milli səviyyəsinə yüksəlmələrində rolumuzun olmasını istəyirik.

- Bu yay bir neçə azərbaycanlı futbolçuya ölkə xaricindən təkliflər gəldi, bəziləri legioner həyatı yaşamağı qərara aldı. Daha çox oyunçumuzun xaricə yollanması milli komandamıza gələcəkdə nə kimi fayda verər?

- Bildiyiniz kimi, yeni mövsümdən bir neçə futbolçumuz ölkə xaricində çıxış edəcək. Bəziləri isə ilk dəfə legioner həyatı yaşayacaq. Azərbaycanlı futbolçuların Top-5 ölkələrdən təkliflər almalarını istərdik. Nə qədər çox futbolçumuz güclü liqalarda çıxış etsə, millimiz daha uğurlu nəticələr əldə edər. Ümid edirəm ki, ölkə xaricindəki legionerlərimizin sayı ildən-ilə artar. Hər kəs milli komandamızın uğuru üçün çalışır. Fəxr edirəm edirəm ki, mən də millimizin formasını geyinmişəm. Futbolçularımızın legioner həyatı yaşamaları, daha güclü liqalarda oynamaları millimizə birbaşa müsbət təsir edər.

- Futbolçularımızın legioner həyatı yaşamaları üçün müraciət olarsa, ölkə xaricindəki əlaqələrinizi işə salarsınız?

- Futbolçu karyeramı bitirdikdən sonra da bu sahədə fəaliyyətimi davam etdirirəm. Dünyanın hər tərəfindən tanıdığım, güvəndiyim futbol funksionerləri var. Müraciət edən klublara kömək etməyə hazıram. Həmçinin əlaqələrimiz sayəsində futbolçularımızın daha güclü çempionatlarda çıxış etmələri üçün köməklik göstərməyə hazırıq. Təki futbolçularımız bacarıqlı olduqlarını meydandakı oyunları ilə göstərə bilsinlər. Bizdə keyfiyyətli futbolçular var. Xarici ölkələrdə olan funksioner dostlarımız vasitəsilə oyunçularımızın legioner həyatı yaşamalarına yardımçı olmaq bizim üçün qürur hissi olar.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see265

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see157

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see147

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see142

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see136

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see120

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see120

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see118

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see118

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri