Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadə poeziyanın parlaq ulduzudur, Emil Rasimoğlu, boğazını yırtma!

Bəxtiyar Vahabzadə poeziyanın parlaq ulduzudur, Emil Rasimoğlu, boğazını yırtma!

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədəbiyyatda bir müddətdir Emil Rasimoğlu adında biri peyda olub. Peydahlandığı gündən də məşhur olmaq üçün, maneəsiz və pullu çap olunmaq üçün ağlına nə gəldi yazır. Özüdə "klassik üsullardan" istifadəni özünə prinsip seçib. Daha dəqiq, ayağının tozu ola bilmədiyi ədiblərə palçıq atır. Guya "sağlam tənqid" edir, guya modernzm, postmodernizm örnəyi sərgiləyirlər.


Emil cəmiyyətimizi yaxşı tanıyır və bilir ki, zirvələrə sahib olan ədibləri tənqid edib, aşağılayanlar tez məşhur olur. Örnəyin yazar Kəramət Böyükçöl .. Azərbaycanın tanınmış şairi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi, şəhid atası Xəlil Rza Ulutürkü tənqid etdi, elə həmin günü də tanınmış biri oldu.
Emil də o yolla irəliləyir. Hədəfindəki şəxslər də Azərbaycan poeziyasında mühüm rolu olan ədəbi şəxsiyyətlərdir! Məsələn, onun Bəxtiyar Bəhabzadəyə, konkret olaraq onun yaradıcılığına olan "qusma"ları günü gündən artır. 

 Bu adam təkrarsız şair, alim, vətənpərvər insan olan Bəxtiyar Vahabzadəni gözdən salmaq niyyəti ilə  "Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" (11 iyul 2024),   "Səməd Vurğun o şeiri yandırıb “külə” döndərməsin?” (17.02.25  ), "Bəxtiyar Vahabzadənin “gizlədilmiş” uğursuzluğu..." (20.08.2025) və sair kimi məqalələrlə Azərbaycan media orqanlarında  çap olunub. Bəlkə, Rasimin oğlu kənd uşağıdır,  özünü itirib, şairi anlmayıb ağlına gələni yazıb, ay adını media qoyanlar, adını media kapitanı qoyanlar, heç sizin  vicdanınız, poeziya dərkiniz,  dünyasını dəyişmiş böyük bir şairə hörmətinizdəmi  yoxdu? Bəxtiyar Vəhabzadənin incik ruhu  sizi tərk etməz yəqin ki.... 

Uzun sözün qısası,bu gün onun qarşıma çıxan, bir neçə gün əvvəl yazdığı "Bəxtiyar Vahabzadə alim oldu, amma ciddi ədəbiyyat yarada bilmədi" "kəlamı" məni yerimdən oynatdı. Dedim cavab yazmasam, Emil kimiləri göbələk kimi artıb çoxalacaq. 

Rasimin oğlu Emil yazır:

"Bəxtiyar Vahabzadə bir ömürlük fəaliyyəti, yaşamı dönəmində alim oldu, tədqiqatçı oldu, hərəkatçı oldu, publisist oldu. Amma və lakin gerçək SƏNƏTi, ciddi ədəbiyyatı, MƏTNi yarada bilmədi. Yazdığı şeirlər daim ədəbiyyatı adından uzaq oldu..."
Yəqin ki, məşhur olmaq xatirinə  vicdanını itirmiş Emil hələ də bilmir ki, B.Vahabzadə 60-dan çox şeir kitabının, 10-dan artıq monoqrafiya, 20 poema və 9 pyes, 200-ə qədər elmi-nəzəri və publisistik məqalə, 12 cilddə "Əsərləri”n müəllifidir. Həm də senzuralı,  nöqtənin -vergülün müzakirəsini aparan sovetlərin ədəbi şurasından keçəndən sonra o əsərlər işıq üzü görüb. O vaxt indiki kimi deyildi kim gəldə, nə gəldi yazsın, 5 manat verib istənilən saytda çap olunsun.  

Vahabzadəyə dil uzadan Emil həmin Emildir ki,  "Daş yuxular" əsəri ilə xalqımızın kürəyinə xaincəsinə xəncər saplayan, onu vəhşi, qatil kimi xarakterizə edən Əkrəm Əylislini elə xaincəsinə müdafiə edib:"“Daş yuxular” əsərinin öz ideyası var və yazıçı missiyası fövqəl enerji, yaradıcı mexanizm, spesfik ədəbi təfəkkür ümumbəşəri kodlarla məhz o ideyanı təqdim edir. Sevin Əkrəm Əylislini... Əkrəm Əylislini sevmək qanı su yerinə axıtmaq yox, qanı suya çevirməkdir" -deyə guya fərqli fikir ortalığa qoyursan!"
Əkrəm Əylisliyə haqq qazandırmaq vətənə xəyanətdir!Bunu ancaq sənin kimi kökündən qopmuşlar bacarar....
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkar olduğu halda sən onu bəyənmirsən:"“Dil açanda ilk dəfə «ana» söyləyirik biz, «Ana dili» adlanır bizim ilk dərsliyimiz.İlk mahnımız laylanı anamız öz südüylə, İçirir ruhumuza bu dildə gilə-gilə.” – bu hissə ilə başlayan və ümumilikdə şeir olaraq özündə heç bir sənət,  sənətkarlıq mahiyyətini, yaradıcı istehsalı əks etdirməyən, yalnız texnikanın üzərində publisistikanı, populizmi, “tribuna didaktikası”nı... yekun nəticədə kütləviliyi ifadə edən bir matrealın dərc olunmasına Səməd Vurğun niyə qol çəksin, razı olsun, cəhd etsin, niyə çalışsın?"

Emilin bu fikirlərini oxuya-oxuya düşünürəm ki, görən bu niyə öz kəndində qalıb, mal-heyvan saxlayıb həyatını sürdürməyib, özünü zorla "ədəbiyyat cameəsinə" pərçim etməyi qarşıya məqsəd qoyub?Görən niyə? Vallah bu düşüncə ilə ilə Mil-Muğan düzündə, lap elə Salyanın Xələc kəndində  ferma da yarada bilərdi!

Şairin müasirlərinin onun haqqında yazdığı rəyləri, gözəl fikirləri  demirəm,  son illər onun yaradıcılığı ilə bağlı araşdırmaları, monoqrafiyaları oxumaq Emilin niyə ağlına gəlməyib?

Oxusaydı,  bilərdi


AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Əlizadə Əsgərli yazır: Bəxtiyar Vahabzadə ana dili, millilik, milli ideya, milli birlik, bütöv Azərbaycan və istiqlal mövzularına, xüsusilə "Gülüstan”, "Köklər və budaqlar” kitablarına görə incidilib, onu həbs etmək istəyiblər..."
Bəli, sovet hökümətinin qılıncının arxası da kəsdiyi zaman - 1958 -ci ildə

" Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın"
misralarını kim söyləyə bilərdi? Vahabzadə bu poemanı yazarkən başını "edam kötüyü"nə qoya biləcək yeganə Azərbaycan şairi idi.

Belə ülvi hisslərə sahib şairin poeziyasını Rasimin oğlu  “boz ədəbiyyat” adlandırır: "Nə dayanır onun yazdıqlarının bünövrəsində, təməlində, məğzində, təşkilində? Əlbəttə ki, yalnız publisistik didaktika... şüarçılıq sindiromu... kütlə psixologiyasına, kütlə təfəkkürünə söykənən pafos və fikir harmoniyası. Bu kimi detalların iştirakı ilə yaranan yazı prosesi, bu kimi detallardan ibarət mexanizmin iş prinsipi isə yekunda birmənalı şəkildə ciddi ədəbiyyatı ortaya qoya bilməzdi. Necə ki, ortaya qoya bilməyib!"

Öyrən ay Rasimin oğlu, bu misralar "boz ədəbiyyat" ola bilərmi?

Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.

Bəli bu poeziyanı anlamayan yazar,özünü şair adlandıran kəs,  getsin  Mil-muğan düzünün geniş çöllərində  mal otarsın!
Rasimin oğlu sonra yazır: Götürək, müzakirələr zamanı tez – tez adı hallanan, hətta çoxları tərəfindən ilahiləşdirilən “Gülüstan” poemasını. sənətkarlıq, yaradıcı laboratoriyanın iş prinsipi, mövzunun novatorluqla mətn halına gətirilməsi, emal olunması... özünü birmənalı olaraq əks etdirmir. O poema sadəcə publisistik ahəng, kütlə təfəkküründən, psixologiyasından yoğrulan didaktika və pafosdur!"
Emil, gəl sənə məsləhət verim, sən də məsləhətə əməl et: Bu sənin beyin silkələnməsindən qaynaqlanan "qusma"na da kömək edər. Belə baxıram, sən o bəsit "yaradıcılığında" Böyük Bəxtiyara dəfələlə yer ayırmısan, təhqir, tənqid, qızma-qara, şələ-şüvən. Vahabzadə çox baş-başa qalsan, o səni "yeyib bitirəcək", sonra da ...


Məsləhətim tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru professor Yusif Seyidovun Böyük Bəxtiyar haqqında yazdığı monoqrafiyanı oxu, Filologiya üzrə fəlsəfə doktoru Aidə Quliyevanın, ədəbiyyatşünas-alim, dosent Vaqif Allahverdiyevin , filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Bayramovun araşdırmalarını oxu , bəlkə bu sənə yetər. Yox bunlar da sənə yetməsə filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin şairimiz haqqında düşüncələrini oxu:

"Qatlayıb dizinin altına qoyar, Alim Bəxtiyarı şair Bəxtiyar.


Bəxtiyar Vahabzadə Azərbaycan klassik poeziyasının bilicisi və tədqiqatçısı idi. Əlbəttə, bütün türk dünyası Bəxtiyar Vahabzadəni böyük şair kimi tanıyır və sevir"-deyib.
İlk şeirini Səməd Vurğun olan məclisdə oxuyanda çox həyəcanlı imiş. Şeir bitəndə Səməd Vurğun ayağa qalxır və “Bu cavan oğlan məndən də yaxşı yazır” – deyir.
Bunu da biləndən sonra yəqin ki, kosmosun dərinliklərində süzən necə böyük bir ulduza tərəf boğazını cırdığının fərqində olarsan.
Bəxtiyar Vahabzadə 20 Yanvarda general Dubinyakın üzünə tüpürən adamdı! Əminəm, indi sağ olsaydı və sənin bu cızma qaralarını görsəydi, heç sən tərəfə baxmadan, başını çevirib gedərdi.

 Əntiqə Rəşid 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Avqust 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri