Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadə 100

Bəxtiyar Vahabzadə 100

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyev şairin yubileyinin qeyd edilməsi haqqında 21 fevral 2025-ci il tarixli sərəncam imzalayıb.

Sərəncamın preambula hissəsində qeyd olunub ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli-azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.

Rəsmi sənəddə Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Qeyd etmək fərəhlidir ki, türk ədəbiyyatının böyük nümayəndəsinin yubileyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir. Dünən TÜRKSOY-un Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçirilib. Bu barədə qərar hələ 2023-cü ilin oktyabrında TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Komitəsinin Şuşada keçirilən 40-cı iclasında qəbul edilib. Bu beynəlxalq qurum əvvəllər də unudulmaz şairin yaradıcılığına dair konfranslar təşkil edib, onun əsərlərinin xarici dillərə tərcüməsinə şərait yaradıb.

Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. O, xaricdə də ölkəmizi layiqincə təmsil edib, milli mədəniyyətin təbliği üçün səylərini əsirgəməyib. Xalq şairi bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı – “İstiqlal” ordeni ilə təltif edilib. Böyük qələm ustası 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində dünyasını dəyişib.

Bəxtiyar Vahabzadə şeirlərinin birində yaşamaq istəyi haqqında deyirdi:

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm!

İftixarla deyə bilərik ki, şair həm həyatı həyat kimi yaşayıb, həm də nəsillərinə bir nümunə olub.

Xalq şairinin yaradıcılığının müxtəlif aspektləri hər an alimlərin diqqət mərkəzindədir. Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Dilimizin təəssübü poeziya və elm tandemində” məqaləsi də bu qəbildəndir. Həmin məqaləni oxucularımıza təqdim edirik.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:405
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri