Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin ev muzeyində şairin 100 illiyi münasibətilə sərgi açılıb

Bəxtiyar Vahabzadənin ev muzeyində şairin 100 illiyi münasibətilə sərgi açılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 16-da tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun, Şəkidə Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğun, R.Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq muzeyin, Şəki Dövlət Rəsm Qalereyasının və Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin birgə təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin ev-muzeyində kitab, xalça və rəsm sərgisi açılıb.

Sərgidə şairin əsərləri əsasında çəkilmiş rəsmlər, Bəxtiyar Vahabzadəyə həsr olunmuş portret xalçalar, ədibin yaradıcılığına həsr edilmiş və özünün müəllifi olduğu kitablar nümayiş olunur.

Muzeyin direktoru Elşən Zəkəriyyəbəyli dövlət başçısının imzaladığı Sərəncama müvafiq olaraq keçirilən tədbirlərin Bəxtiyar Vahabzadə ruhuna, yaradıcılığına yüksək ehtiramdan qaynaqlandığını söyləyib, şairin bütün əsərlərinin ehtiva olunduğu 12 cilddən ibarət "Seçilmiş əsərləri"nin nəşrinə görə Milli Məclisin deputatı Cavanşir Feyziyevə Bəxtiyar ocağı adından minnətdarlığını bildirib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı Bəxtiyar Vahabzadənin yubileyinin ev-muzeyində bu şəkildə əlamətdar qeyd olunmasının xüsusi əhəmiyyətini, belə görüşlərin Şəki üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev deyib ki, hər ilməsi böyük şairə məhəbbətlə toxunan bu xalçalar, onun həyatından müəyyən anları əks etdirən fotoetüdlər, ədibin əsərlərinə həsr olunmuş rəsm tabloları, hər sətri Bəxtiyar dünyasına ehtiramla qələmə alınan tədqiqat əsərləri təkcə yubiley ərəfəsində muzeyi ziyarətə gələn qonaqlara deyil, bütün Bəxtiyarsevərlərə, onun əsərlərinin elmi araşdırması ilə məşğul olan Bəxtiyarşünaslara qiymətli bir ərməğandır. “Bəxtiyar Vahabzadə, onun arzuları, diləkləri, bütün ideyaları təkcə Şəkiyə, öz doğulduğu şəhərə yox, bütün Azərbaycana, Türk dünyasına məxsusdur. Bu gün ona görə biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib. Azərbaycan öz müstəqilliyini əldə edib, türk dövlətləri Türk dünyası miqyasında inteqrasiya prosesinə başlayıb və çox böyük uğurlar əldə olunub. Bütün bunlar Bəxtiyar Vahabzadənin ən əziz ideyalarından, arzularından, diləklərindən idi və onların hamısı bu gün həyata keçib. Daha bir qismi də Türk dünyasının inteqrasiyası prosesində uğurla həyata keçməkdədir”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Görüşdə Bəxtiyar Vahabzadənin həyat yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri