Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin ev muzeyində açılan sərgi avqustun sonunadək davam edəcək

Bəxtiyar Vahabzadənin ev muzeyində açılan sərgi avqustun sonunadək davam edəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 16-da tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun, Şəki Diyarşünaslıq Muzeyinin, Şəki Rəsm Qalereyasının və Şəki Xan Sarayının birgə təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin ev-muzeyində kitab, xalça və rəsm sərgisi açılıb.

Sərgidə şairin əsərləri əsasında çəkilmiş rəsmlər, Bəxtiyar Vahabzadəyə həsr olunmuş portret xalçalar, ədibin yaradıcılığına həsr edilmiş və özünün müəllifi olduğu kitablar nümayiş olunur.

Muzeyin direktoru Elşən Zəkəriyyəbəyli dövlət başçısının imzaladığı Sərəncama müvafiq olaraq keçirilən tədbirlərin Bəxtiyar Vahabzadə ruhuna, yaradıcılığına yüksək ehtiramdan qaynaqlandığını söyləyib, şairin bütün əsərlərinin ehtiva olunduğu 12 cilddən ibarət "Seçilmiş əsərləri"nin nəşrinə görə Milli Məclisin deputatı Cavanşir Feyziyevə Bəxtiyar ocağı adından minnətdarlığını bildirib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı Bəxtiyar Vahabzadənin yubileyinin ev-muzeyində bu şəkildə əlamətdar qeyd olunmasının xüsusi əhəmiyyətini, belə görüşlərin Şəki üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev deyib ki, hər ilməsi böyük şairə məhəbbətlə toxunan bu xalçalar, onun həyatından müəyyən anları əks etdirən foto-etüdlər, ədibin əsərlərinə həsr olunmuş rəsm tabloları, hər sətri Bəxtiyar dünyasına ehtiramla qələmə alınan tədqiqat əsərləri təkcə yubiley ərəfəsində muzeyi ziyarətə gələn qonaqlara deyil, bütün Bəxtiyarsevərlərə, onun əsərlərinin elmi araşdırması ilə məşğul olan Bəxtiyarşünaslara qiymətli bir ərməğandır. “Bəxtiyar Vahabzadə, onun arzuları, diləkləri, bütün ideyaları təkcə Şəkiyə, öz doğulduğu şəhərə yox, bütün Azərbaycana, Türk dünyasına məxsusdur. Bu gün ona görə biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib. Azərbaycan öz müstəqilliyini əldə edib, türk dövlətləri Türk dünyası miqyasında inteqrasiya prosesinə başlayıb və çox böyük uğurlar əldə olunub. Bütün bunlar Bəxtiyar Vahabzadənin ən əziz ideyalarından, arzularından, diləklərindən idi və onların hamısı bu gün həyata keçib. Daha bir qismi də Türk dünyasının inteqrasiyası prosesində uğurla həyata keçməkdədir”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Görüşdə Bəxtiyar Vahabzadənin həyat yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, sərgisi Xalq şairinin ata yurdunda avqustun sonunadək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri