Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirilib

Bəxtiyar Vahabzadənin şeirləri Helsinkidə səsləndirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Stokholm, 26 aprel, АZƏRTAC

Finlandiyanın paytaxtı Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş ədəbi tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində şairin 50 şeiri və “Gülüstan” poeması Finlandiyada yaşayan yazıçı və tərcüməçi Tahirə Cəfərova tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Azərbaycan dilindən fin dilinə tərcümə edilib və Finlandiyanın Palladium Kirjat nəşriyyatında çap olunub.

Tədbirin təşkilatçısı və aparıcısı, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini vurğulayıb və bu cür layihələrin mədəniyyətlərarası dialoqu gücləndirdiyini qeyd edib.

Proqram çərçivəsində şairin şeirləri həm Azərbaycan, həm də fin dillərində səsləndirilib. Gecədə pianoda Leyli Hüseynova çıxış edib, Sevinc Rüstəmova, Sabina Mirzəyeva, Sura Ağaverdiyeva və Mona Safocifar tərəfindən şeirlər səsləndirilib.

Həmçinin Ülviyyə Cabbarova tərəfindən hazırlanmış, şairin həyatı və yaradıcılığına həsr olunmuş fin dilində video təqdim edilib.

Bu ədəbi gecə Azərbaycan ədəbiyyatının Finlandiyada tanıdılması istiqamətində mühüm addım olmaqla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Tədbirdə Finlandiyanın tanınmış yazıçıları, Helsinki Universitetinin professorları, Azərbaycan diasporunun nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri