Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin “gizlədilmiş” uğursuzluğu…

Bəxtiyar Vahabzadənin “gizlədilmiş” uğursuzluğu…

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bütün dövrlərdə SƏNƏT adına təqdim olunan “boz ədəbi nümunə”lər, eyni zamanda formalaşmış yanlış sənət “meyarları” və o “meyarlar” əsasında aparılan dəyərləndirmələr daim FUNDAMENTAL, CİDDİ ƏDƏBİYYATın, eləcə də onun SPESİFİK XÜSUSİYYƏTLƏRİ, MEYARLARI qarşısında uçuruma çevrilib… çevirilir… hələ bu gedişlə çox çeviriləcəkdir.

İNDİSƏ fikirimin davamı olaraq vaxt itirmədən, gəlim, (bir neçə gündü haqqında bəhs etdiyim) Bəxtiyar Vahabzadənin müəllifi olduğu “boz ədəbiyyat”ın üzərinə. Bəli, “boz ədəbiyyat”ın!..

ƏVVƏLA ONU DEYİM Kİ, Bəxtiyar Vahabzadənin şeirləri, yazdıqları, şair tərəfi barəsində öncəki dönəmlərdə vurğuladığım haqlı fikirlər ətrafında açılan müzakirələrin çox hissəsi onu göstərir ki, gerçək sənət təsəvvürünə, gerçək sənətin prinsiplərinə, meyarlarına, mahiyyətinə… yetişmək üçün əksəriyyətin idraki qatda böyük inkişaf mərhələsi keçməsinə mütləq mənada ehtiyac var. Xüsusən də ədəbi — ictimai mühitin mənsublarının. Bu çox önəmli məsələdir. Hələ bəlkə də çoxu o mərhələni keçməsinə gecikib… VƏ YA heç o mərhələni keçə bilməyəcək. Çünki, bu həm də idraki potensial, yaradılış məsələsidir. Gərək, necə deyərlər, yaradılışdan o “kodlara” sahib olasan… Kİ, yetişib, inkişaf da edə biləsən!

QAYIDIM MƏTLƏBƏ, SÖZÜMÜN CANINA… Bəxtiyar Vahabzadənin şeirlərinin, yazdıqlarının bədii tərkibinin mahiyyəti nədən ibarətdi ki? Hansı mexanizmin iş prinsipinin nəticəsidir onun yazdıqları? Nə dayanır onun yazdıqlarının bünövrəsində, təməlində, məğzində, təşkilində? ƏLBƏTTƏ Kİ, yalnız(!) publisistik didaktika(!)… şüarçılıq sindiromu(!)… kütlə psixologiyasına, kütlə təfəkkürünə söykənən pafos(!)… və fikir harmoniyası(!). TƏBİİ Kİ, bu kimi detalların iştirakı ilə yaranan yazı prosesi, bu kimi detallardan ibarət mexanizmin iş prinsipi İSƏ yekunda birmənalı şəkildə ciddi ədəbiyyatı ortaya qoya bilməzdi. Necə ki, ortaya qoya bilməyib!

Məhz bu baxımdan da Bəxtiyar Vahabzadənin qələmində heç vaxt mövzunun BƏDİİ MƏTN, SƏNƏT HALINA GƏLMƏ PROSESİ baş verməyib (Hansı ki, bir qələm adamı üçün bu çox önəmli nüansdır!). Bilirsiniz niyə baş verməyib? Çünki ciddi MƏTNin, ƏDƏBİYYATın yaranmasında mütləq hesab edilən İLAHİ AMİLLƏR – novator ƏDƏBİ TƏFƏKKÜR, həmin ədəbi təfəkkürdə mövcud olan YARADICI LABORATORİYA ilə FÖVQƏL ENERJİnin, EKSTAZ VƏZİYYƏTin vəhdəti… çox uzaq olub Bəxtiyar Vahabzadənin şair varlığından, qələmindən. (İlin günün bu çağında təbii ki, bu bir acı gerçəklikdir…)

Ümumiyyətlə yaradıcılıq (şəksiz və şəriksiz olaraq!) ƏDƏBİ TƏFƏKKÜR HADİSƏSİdir… O hadisə yoxdusa yaradıcılıq da yoxdur. Burası belə!..

… Bu gün Bəxtiyar Vahabzadənin yazdıqları ilə bağlı mövcud ƏDƏBİ HƏQİQƏTlərimi qəbul etməyənlərin(!)… etmək istəməyənlərin(!)… etmək gücündə olmayanların(!) bir qisminin düşüncəsi (yuxarıda qeyd etdiyim) gerçək SƏNƏTdən bixəbərliyə SÖYKƏNİR, bir qisminin düşüncəsi İSƏ sadəcə özünün şüuraltı BÜTPƏRƏSTLİYİNƏ!

Məsələn, İNDİ DEYİN GÖRƏK, Bəxtiyar Vahabzadənin bir dövr müəyyən bir hərəkatda olmasının, Vətəni, milləti, xalqı sevməsinin, hətta lap bir generalın üzünə tüpürməsinin (əgər hələ tüpürübsə) ədəbi müzakirələrə nə aidiyyatı? Niyə, onun şeirlərindən söz düşəndə əksəriyyətiniz bu kimi (ədəbi məsələlərə yad olan) yanlış prizmalardan pafosla çıxış etməyə başlayırsınız?!

Müəllif vətənpərvərdisə demək, yazdıqları ədəbiyyatdı, şedevrdi?
Nə qədər böyük yanlış qənaət, bəsit və qeyri – peşəkar yanaşma!..
Vətənpərvərlik (eləcə də bu kimi psixoloji, mənəvi ştrixlər) yaradıcı potensialın varlığının VƏ YA ümumiyyətlə keyfiyyət ölçüsünün göstəricisi deyil(!)… ola da bilməz!

… Yeri gəlmişkən, onu da mütləq mənada qeyd edim ki, (hansı ki, dəfələrlə qeyd etmişəm!) ƏDƏBİYYAT NƏDƏN YAZMAQ DEYİL, NECƏ YAZMAQDIR. Nədən yazırsan yaz(!), hansı mövzuya üz tutursan üz tut(!), YETƏR Kİ(!), qələm adamı olaraq o mövzunu BƏDİİ MƏTNə, SƏNƏTə çevirməyi bacar! Baxın, Bəxtiyar Vahabzadədə məhz o İLAHİ ÇEVİRİLİŞ baş vermirdi… Səbəblərsə bəlli, az öncə sadaladım!

SƏNƏTKARLIQ mövzu seçimində yox, mövzuya YANAŞMA TƏRZİndə meydana gəlir. O da ki, hələ gələ bilsə…

… Bu məqamda götürək, müzakirələr zamanı tez – tez adı hallanan, hətta çoxları tərəfindən ilahiləşdirilən “Gülüstan” poemasını.

Bəxtiyar Vahabzadə bu poemada HANSI QURULUŞA ETİRAZ EDİB, HANSI MÖVZUNU QƏLƏMƏ ALIB, HANSI MİLLİ HİSSLƏRƏ QAPANIB sənət üçün, ədəbiyyat üçün maraqlı deyil, cənablar, zərrə qədər də olsun maraqlı deyil! Sənət üçün, ədəbiyyat üçün maraqlı olan müəllifin mövzunu NECƏ QƏLƏMƏ ALMASIDIR…

Əsas olan da məhz budur! Bu bir AKSİOMAdır!.. Bunu anlamaq, fərqində olmaq gərək!

“Gülüstan” poemasında da sənətkarlıq, yaradıcı laboratoriyanın iş prinsipi, mövzunun novatorluqla mətn halına gətirilməsi, emal olunması… özünü birmənalı olaraq əks etdirmir.

O poema sadəcə publisistik ahəng, kütlə təfəkküründən, psixologiyasından yoğrulan didaktika və pafosdur!

Bu yerdə “Gülüstan” poeması ilə yanaşı Bəxtiyar Vahabzadənin digər qələm nümunələrindən də misal göstərmək olar…
Amma və lakin(!) nə hacət? Hamısı eyni mexanizmin məhsuludur… və MƏN DƏ məhz həmin o mexanizmin necəliyindən, daxili strukturundan söz açdım bütün bu qeydlərimdə.

… Bəxtiyar Vahabzadənin xatirələri əbədi olsun!

P.S:
Dediyim kimi, HƏM DƏ(!) bu YAZIm ümumi, şablon, ənənəvi fikirlərlə Bəxtiyar Vahabzadənin müdafiəsinə qalxan Sabir Rüstəmxanlıya,.. sənət təsəvvürünün darısqallığı, yanlışlığı ucbatından müzakirə fiaskosu yaşayan Aslan İsmayılova,.. və müdafiə məqsədilə “çox gözəldi” deyib, ədəbiyyat adına Bəxtiyar Vahabzadənin bu “boz şeir”ini

(“Hələ toxum cücərməmiş,
Tarlamıza alaq düşüb.
Başımız da daz olalı,
Əlimizə daraq düşüb.

Xəyallarım – qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bu günümə ulaq düşüb.

Əlim üzüldü diləkdən,
Dilim yandı “gəl” deməkdən.
Öz haqqını gözləməkdən
Haqqın gözünə ağ düşüb.

Bu tayda sən, o tayda mən,
Üzəmmədim bu çayda mən.
Ömr əritdim harayda mən,
Körpü çaydan uzaq düşüb.”)

təqdim edən Qulu Məhərrəmliyə bir İLAHİ CAVAB olsun!

Emil Rasimoğlu, 

 şair-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri