Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadəyə həsr olunmuş kitabın təqdimatı oldu FOTOLAR

Bəxtiyar Vahabzadəyə həsr olunmuş kitabın təqdimatı oldu FOTOLAR

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə hazırlanan “Hikmət mücrüsü” kitabının təqdimatı keçirilib.

Globalinfo.az xəbər verir ki, təqdimatdan əvvəl Xalq şairi haqqında videoçarx nümayiş olunub və onun yaradıcılığına həsr edilmiş virtual sərgi təqdim edilib.

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Bəxtiyar Vahabzadə haqqa, ədalətə və azadlığa çağıran bir şair olub. Onun qəlbi daim vətən sevgisi ilə döyünüb. “Sovet ideologiyasının hökm sürdüyü dövrdə belə, vətənin bölünməsinə biganə qalmayıb, “Gülüstan” poemasını yazaraq dərdini sözə çevirib. Vətən sevgisi onun bütün yaradıcılığının əsas xəttini təşkil edib. “Gülüstan” poemasından sonra ciddi təzyiqlərə məruz qalsa da, Ulu Öndər Heydər Əliyev gənc Bəxtiyarı bu təzyiqlərdən xilas edib. Bəxtiyar Vahabzadənin poeziyası çox zəngindir və onun 70-dən çox kitabı çap olunub”,- deyə A.Abbasova əlavə edib.

Prezident Kitabxanası direktorunun müşaviri Nazim Mustafa kitabda Bəxtiyar Vahabzadənin seçilmiş fikirləri, aforizmləri və müdrik kəlamlarının toplandığını vurğulayıb. Onun sözlərinə görə, 600 səhifədən artıq olan bu nəşrdə onun bütün irsi beş fəsildə sistemli şəkildə təqdim olunub.

Kitabın “Ön söz” müəllifi İslam Sadıq bildirib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biridir. Onun fikrincə, bu kitabın ərsəyə gəlməsi təsadüfi deyil. “Müəllif Fikrət Əsgərov Bəxtiyar Vahabzadəyə böyük sevgi ilə yanaşaraq onun aforizmlərini mövzulardan asılı olaraq qruplaşdırıb. Bu isə olduqca çətin və məsuliyyətli bir işdir. Bəxtiyar Vahabzadənin yaradıcılığını dərinliklə anlamaq üçün onu dəfələrlə oxumaq və əzbərləmək belə kifayət etmir. “Gülüstan” poemasını yalnız Bəxtiyar Vahabzadə kimi filosof-şair yaza bilərdi”,- deyə İ.Sadıq əlavə edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Xalq şairi haqqında danışarkən söyləyib: “Şəxsi tanışlığıma əsaslanaraq deyə bilərəm ki, Bəxtiyar Vahabzadə şəxsiyyət olaraq da çox zəngin bir dünyaya malik idi. Onu tanıdıqca daha dərin mənəvi keyfiyyətlərə məxsus insan olduğunu anlayırsan. Hələ tələbəlik illərindən vətənpərvərliyi ilə seçilən Bəxtiyar Vahabzadə yaradıcılığı və şəxsiyyəti ilə Azərbaycan ədəbiyyatında silinməz iz qoyub. Onun timsalında biz Nizami və Füzuli kimi böyük söz ustadlarının eşqini görürük. Özümü xoşbəxt hesab edirəm ki, onunla eyni dövrdə yaşamışam”.

Kitabın tərtibatçısı Fikrət Əsgərov söyləyib ki, bu nəşr şairin mənəvi irsinin ən incə məqamlarını əhatə edir: “Kitabda müdriklik mənbəyi sayılacaq, nəsihət xarakteri daşıyan şeirlərindən seçmələr yer alıb. Məqsədim Bəxtiyar Vahabzadənin irsini gələcək nəsillərə çatdırmaqdır”.

AMEA-nın Ədəbiyyat İnstitutunun direktorunun müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli, Azərbaycan Yazıçılar İttifaqının Şəki bölməsinin sədri Vaqif Aslan, filologiya elmləri doktorları Bahar Cəfərova, Məsməxanım Qazıyeva, Sevinc Əliyeva, Bəxtiyar Vahabzadə haqqında kitabların müəllifi Aida Mirzəyeva və Azərbaycan Texniki Universitetinin dosenti Təbriz Şəmiyev çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığı, elmi araşdırmaları və ictimai-siyasi xadim kimi çoxşaxəli fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, yubilyarın müxtəlif dillərdə çap edilən kitablarının virtual sərgisi kitabxananın saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri