Bəy bizdən, gəlin Çindən “Ailəm qəbul etmirdi...” Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mədəniyyətlər fərqli ola bilər, amma sevginin dili həmişə eynidir.
“Qafqazinfo” İTV-yə istinadən xəbər verir ki, naxçıvanlı bəy Sadiq Əhmədovla çinli xanım Zheng Huirounun evliliyi isə buna ən gözəl nümunədir.
Belə ki, 3 ildir evli olan cütlüyün hekayəsi Çində yerləşən universitetlərin birində başlayıb. Onların gündəlik ünsiyyəti isə elə əvvəldən ingiliscə baş tutub. Sadiq həyat yoldaşına Vera deyə səslənir.
Veranın valideynləri onların sevgi hekayəsini eşitdikdən sonra münasibətlərinə qarşı çıxıblar: “Əvvəlcə qəbul etmək istəmirdilər. Sonra Sadiqin nə qədər savadlı olduğunu və ailəmə olan xoş münasibətini gördülər. O, ailəmə özündən, ailəsindən danışdı, müxtəlif ölkələrdəki həyatından bəhs etdi. Ailəm də onu yavaş-yavaş qəbul etməyə başladı”.
İkilinin toyu həm Çində, həm də Bakıda baş tutub. Onların Olivia adlı qızları da var.
Sadiqlə Veranın münasibəti təkcə sevgidən ibarət deyil, onlar qurduqları biznesdə də ortaqdırlar. Cütlük evləndikdən sonra Bakıda şəxsi restoranlarını açıblar.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















