Utanıram, ailəm dağıldı, depressiyaya düşdüm Video
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əməkdar artist Səbinə Babayeva uzun müddət efirdən uzaq qalmasının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, müğənni bu barədə "Günə uğurla" verilişində danışıb. Sənətçi bildirib ki, şəxsi həyatında yaşadığı çətinliklər səbəbindən yaradıcılığına uzun müddət fasilə verməli olub:
"Həyatımda fasilə oldu. Şəxsi həyatımla bağlı idi. Təxminən 10 il səhnədən uzaq qaldım. Onun üç il yarımını Moskvada yaşadım. İki ildir qayıtmışam və hər şeyi sıfırdan başlayıram. Bu, çox çətindir. Düşünməzdim ki, tanınmış müğənni, Əməkdar artist belə unudular. Adam efirdə olmayanda unudulur".
İfaçı ailəsinin dağılmasının ona ağır təsir etdiyini etiraf edib:
"Getməyə çarəm yox idi. Ailəmlə bağlı psixoloji gərginlik yaşadım. Elə bir vəziyyətə çatmışdım ki, sıfırlanmağa ehtiyacım var idi. Danışmağa utanıram, amma məcburam. Qismətim belə gətirdi ki, boşandım, ailəm dağıldı. Bu, mənə çox pis təsir etdi. Özümdə deyildim, depressiyada idim. Musiqini də düşünmürdüm".
S.Babayeva bildirib ki, ən ağır günlərində ona güc verən oğlu olub:
"Məni sağ saxlayan oğlum oldu. Onun üçün ayaqda qalmalı idim. Bilirdim ki, yeməyini hazırlamalıyam, qayğısına qalmalıyam. Həm də məsuliyyətlərim, borclarım var idi. Ailə üçün hörmət çox vacibdir. Amma sevgi olmayanda hörmət də olmur. Biz düşmən kimi yox, dost kimi ayrıldıq. Övladımı atasından məhrum edə bilmərəm. Onlar görüşür, gəzməyə gedirlər".
Qeyd edək ki, müğənni rejissor Cavidan Şərifovla ailəli olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 İyul 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















