Bəy gəlini qucağından palçığa saldı, gənc qız DƏLİYƏ DÖNDÜ VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan video qısa zamanda geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, görüntülərdə toy çəkilişi üçün kameranın obyektivi qarşısına keçən bir cütlüyün kənd yerində, palçıqlı ərazidə fotosessiya etdirdiyi anlar əksini tapıb.
Məlumata görə, bəy maraqlı kadr əldə etmək üçün jest edərək palçıqlı gölməçənin içərisində dayanmaq istəyib. Gəlinlə birgə qucağında şəkillər çəkdirmək niyyətində olub. Lakin planlaşdırılan fotosessiya gözlənilməz hadisə ilə nəticələnib. Müvazinətini itirən bəy gəlini qucağından palçığa salıb, özü də yıxılaraq bəylik kostyumunu yararsız vəziyyətə salıb.
Ən gözəl günündə gəlin yaşananlardan şok keçirib, qışqıraraq bəyə əsəbiləşib. O anlar ətrafdakı şəxslər və kamera tərəfindən qeydə alınıb. Video sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilər arasında həm gülüş, həm də tənqid mövzusuna çevrilib.
Bir çox sosial media istifadəçisi toy fotosessiyalarında bu hallara diqqət yetirilməsinin vacibliyini vurğulayıb, bəziləri isə riskli kadrlar naminə belə halların yaşanmasını düzgün hesab etməyib.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 18 Yanvar 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















