Beyin üçün ən faydalı səhər yeməyi AÇIQLANDI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Beyin üçün ən faydalı səhər yeməyi qidaları açıqlanıb.
Redaktor.az xəbər verir ki, nevroloq Aleksandr Zubkov və dietoloq Lona Sandon bu barədə lenta.ru-ya danışıblar.
Mütəxəssislərin sözlərinə görə, yumurta səhər yeməyi üçün ən faydalı qidalardan biridir. Yumurtanın tərkibində yaddaş, diqqət və öyrənmə prosesində mühüm rol oynayan xolin var. Kifayət qədər xolin qəbulu idrak qabiliyyətinin zəifləməsi riskini də azalda bilər.
Həkimlər yumurtanı yarpaqlı göyərtilər, xüsusilə ispanaqla birlikdə yeməyi tövsiyə edirlər. İspanağın tərkibində olan folat, K vitamini, lutein və zeaksantin beyin hüceyrələrini qorumağa və oksidləşdirici stressin təsirini azaltmağa kömək edir.
Mütəxəssislər həmçinin yumurtanı avokado ilə birləşdirməyin faydalı olduğunu bildiriblər. Avokado lif, sağlam yağlar və antioksidantlarla zəngindir.
Səhər yeməyinə qızılbalıq əlavə etmək isə orqanizmin omeqa-3 yağ turşularına olan ehtiyacını qarşılamağa kömək edə bilər. Omeqa-3 həm ürək, həm də beyin sağlamlığı üçün faydalıdır.
Dietoloq Lona Sandon digər faydalı seçim kimi qoz-fındıqlı yunan qatığını da tövsiyə edib. Yunan qatığının tərkibində bağırsaq və beyin sağlamlığını dəstəkləyən probiotiklər, qoz-fındıqda isə omeqa-3 yağ turşuları və antioksidantlar var.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Avqust 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















