Icma.az
close
up
RU
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? “Ağ qızıl” üzərində qara əməliyyatlar… KONKRET

Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? “Ağ qızıl” üzərində qara əməliyyatlar… KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan pambıqçılığı uzun illərdir qeyri-neft sektorunun əsas inkişaf istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət bu sahəyə hər il milyonlarla manat subsidiya ayırır, fermerlərə dəstək proqramları həyata keçirilir, məhsuldarlığın artırılması üçün müxtəlif təşviq mexanizmləri tətbiq olunur. Məqsəd aydındır – kənd təsərrüfatını gücləndirmək, ixracı artırmaq və regionlarda məşğulluğu təmin etmək. Lakin Beyləqandan gələn iddialar göstərir ki, dövlətin bu sahəyə yatırdığı vəsaitin real faydasını fermer deyil, qeyri-şəffaf mexanizmlər əldə edə bilər.

Pambıq istehsalında müəyyən həcmdə təbii itkinin olması normaldır. Sahədən yığılan xam pambığın tərkibində yarpaq, xırda zibil və nəmlik olur. Emal zamanı bunların ayrılması nəticəsində orta hesabla 2–4 faiz itki yaranır. Aqrar mütəxəssislər 5 faizdən artıq itkini artıq araşdırılmalı hal hesab edirlər. Belə olduğu halda Beyləqan fermerlərinin iddia etdiyi 21–24 faizlik itki texnoloji izahla deyil, iqtisadi və hüquqi baxımdan cavab tələb edən məsələ kimi görünür. Çünki belə bir fərq təsadüfi deyil, sistemli xarakter daşıyarsa, artıq söhbət minlərlə ton məhsuldan və milyonlarla manatlıq vəsaitdən gedə bilər.

Fermerlərin səsləndirdiyi digər iddia daha ağırdır. Onların sözlərinə görə, “itki” adı ilə çıxılan pambığın bir hissəsi sonradan yenidən onların adına rəsmiləşdirilir, vəsait bank kartlarına köçürülür, daha sonra isə həmin pul onlardan nağd şəkildə geri alınır. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və hüquqi araşdırma tələb edir. Lakin belə bir mexanizm həqiqətən mövcuddursa, bu, təkcə fermerin deyil, dövlət subsidiyalarının, vergi uçotunun və maliyyə nəzarətinin də sual altına düşməsi deməkdir.

Burada ən vacib sual yaranır: fermer niyə buna razı olur? Cavab isə kənd təsərrüfatında formalaşmış iqtisadi asılılıq modelində gizlənir. Fermer toxumu, gübrəni, pestisidi, texnikanı və məhsulunu satacağı yeri çox vaxt eyni mənbədən əldə edir. Bu vəziyyətdə o, azad bazarın iştirakçısı deyil, bir sistemdən tam asılı vəziyyətə düşür. Belə asılılıq isə hüquqi münasibətdən çox inzibati münasibət yaradır və fermeri etiraz etmək imkanından məhrum edir.

Fermerlərin sözlərinə görə, problem bununla da bitmir. Onlar iddia edirlər ki, toxum, gübrə, dərman preparatları və aqrotexniki xidmətlər də bazar qiymətindən xeyli baha təqdim olunur. Nəticədə fermer istehsalın əvvəlində artıq xərc çəkir, məhsulu təhvil verəndə isə müxtəlif kəsintilərlə üzləşir. Belə iqtisadi modeldə fermer nə qədər çox məhsul istehsal etsə də, qazanan tərəf olmur.

Əsl təhlükə isə ayrı-ayrı fermerlərin zərəri deyil. Əsas təhlükə odur ki, pambıqçılıq kəndli üçün gəlir mənbəyi olmaqdan çıxır. Fermer qazanc əldə etmədikcə növbəti il pambıq əkmək istəmir. Bu isə əkin sahələrinin azalmasına, emal müəssisələrinin xammal çatışmazlığına, ixracın zəifləməsinə və dövlətin qeyri-neft sektoruna yönəlmiş strategiyasının səmərəsinin azalmasına gətirib çıxara bilər.

Dövlət milyonlarla manat subsidiya ayırırsa, əsas sual budur: bu vəsait fermerin rifahına çevrilirmi? Əgər çevrilmirsə, problem subsidiyanın həcmində deyil, onun tətbiq olunduğu sistemdə axtarılmalıdır.
Şəffaf olmayan qəbul prosesi, müstəqil nəzarətin olmaması, alternativ alıcıların məhdudluğu və fermerin hüquqlarını müdafiə edəcək effektiv mexanizmlərin zəifliyi istənilən inkişaf proqramını nəticəsiz edə bilər.

Beyləqandan səslənən iddialar yalnız bir rayonun problemi kimi qiymətləndirilməməlidir. Əgər bu iddialar araşdırılmazsa və şəffaf cavablandırılmazsa, pambıqçılığın gələcəyinə ən böyük zərbəni dünya bazarındakı qiymətlər deyil, məhz sistem daxilindəki etimadsızlıq vuracaq. Çünki kənd təsərrüfatında ən qiymətli məhsul pambıq deyil, fermerin dövlətə və bazara olan inamıdır. O inam itiriləndə isə nə subsidiya, nə texnika, nə də yeni proqramlar sektoru xilas edə bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyul 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri