Icma.az
close
up
RU
Ağ vərəq üzərində qara ləkə

Ağ vərəq üzərində qara ləkə

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

 “Amnesty International”ın növbəti qərəzli hesabatı

Bəzi beynəlxalq təsisatların ölkəmizə qarşı qərəzli fəaliyyətləri qəbuledilməzdir və qətiyyətlə rədd edilir. Bu günlərdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb.

Ombudsman Aparatından  bildirilib ki, məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsində yayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında ölkəmizə dair həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub.

“Beynəlxalq” təsisatın təzad doğuran susqunluğu və canfəşanlığı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) elə bu ölkənin özündəcə yeni administrasiya tərəfindən ifşa olunması “beynəlxalq” sözü altında pərdələnərək əslində çirkin fəaliyyətlərlə məşğul olan təsisatlarla bağlı məsələni bütün ciddiliyi ilə gündəmə gətirib. Qlobal güc mərkəzləri, xüsusilə də ayrı-ayrı Qərb dairələri tərəfindən yaradılan belə təsisatlar açıq-aydın milli dövlətlərə qarşı “yumşaq güc” və yaxud təzyiq aləti qismində istifadə olunurlar. Həmin təsisatlar bağlı olduqları dairələrdən aldıqları sifarişlər əsasında müstəqillik, suverenlik prinsiplərindən çıxış edən milli dövlətləri hədəfə alaraq onlar barəsində “qara piar “ aparırlar.

Belə təsisatlardan biri də “Amnesty International” təşkilatıdır. Bu təsisat davamlı olaraq Azərbaycanafob dairələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyalarında  fəallıq göstərir. Bunu qurumun təkcə son vaxtlarda yaydığı silsilə hesabatlar bir daha təsdiqləyir. “Amnesty International” ın qərəzçiliyi aşağıdakı iki faktın timsalında ağ vərəqin üzərindəki qara ləkə kimi aydın görünür. Təzada baxın: Erməni lobbisinin təsiri altında olan “Amnesty International”  işğal dövründə hüquqları pozulan Azərbaycan vətəndaşları ilə bağlı heç bir hesabatla çıxış etməyib. Azərbaycan işğala son qoyduqdan sonra isə Qarabağdan könüllü şəkildə gedən erməni əsilli insanların müdafiəçisi qismində çıxış etməyə başlayıb. “Onların (ermənilərin - red.) təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququ nəzərə alınmadı”, - deyə  “hüquq müdafiə təşkilatı”nın hesabatlarının birində bildirilib. Bəs görəsən “Amnesty International” niyə Ermənistanın 44 günlük müharibə günlərində təmas xəttindən uzaqda yerəşən Azərbaycan şəhərlərinə kasetli bombalar atması kimi çoxsaylı müharibə cinayətlərini görməzdən gəlir və hesabatlarında bu barədə bircə cümlə də yazmır?  Hazırda  Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa yaxınlaşıblar. N.Paşinyanın özü Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib. Belə bir şəraitdə “Amnesty International” hesabatlarında Qarabağı “mübahisəli” bölgə kimi təqdim etməkdən çəkinmir. Budurmu “beynəlxalq” təsisatın ədaləti və obyektivliyi?

“Amnesty International”ın Azərbaycanda reallığa qara eynək arxasından baxmasına və baş verənlərə ikili standartlardan yanaşdığına dair faktların siyahısı çox uzundur. Belə bir qərəzli təşkilatın hələ də fəaliyyət göstərməsi bütövlükdə beynəlxalq ictimaiyyət üçün qəbuldeilməzdir. “Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq”, - deyə Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bildirib.

“Amnesty International” yenə də öz ampluasındadır

 “Amnesty International”ın son hesabatı da mahiyyət etibarı ilə əvvəlkilərdən fərqlənmir. Necə deyərlər, qurum yenə də öz ampluasındadır.  Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin bəhs olunan məktubunda, eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, ölkəmizdə ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təmsilçilik baxımından geniş əhatəyə malik olduğu, inklüzivliyin təmininə xüsusi diqqət yetirildiyi və vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirakına şərait yaradıldığı bildirilib.

Qeyd edilib ki, “Amnesty International” tərəfindən hesabat hazırlanan zaman ədalətlilik prinsipi gözlənilsəydi, həmin sənəddə 1987-ci ildən başlayaraq münaqişə ilə əlaqədar Ermənistandan zorla qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsinə də diqqət olunardı. Ermənistanın beynəlxalq sənədlərə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl edərək, azərbaycanlıların yaşadıqları ərazilərə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmasına dair zəmanət verməsinin əhəmiyyəti vurğulanıb.

Məktubda Azərbaycanın azad edilmiş ərazilərində insanların hüquq və azadlıqlarına ciddi təhlükə yaradan Ermənistanın mina terroru, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı Ermənistanın hər hansı məlumat verməməsi məsələlərinə də xüsusi olaraq toxunulub, bu cür faktların tamamilə gözardı edilməsinin təşkilatın insan hüquqları məsələlərinə yanaşmasında ciddi qərəz və ikili standartların mövcudluğunu açıq şəkildə göstərdiyi diqqətə çatdırılıb.

Məktubda, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini, eləcə də saxlanılma şəraiti və sağlamlıq vəziyyətinin daim diqqət mərkəzində saxlanıldığı, Ombudsman təsisatının saxlanılan şəxslərlə bağlı istənilən məlumatın dəqiqləşdirilməsinə daim açıq və hazır olduğu, aparılan araşdırmaların nəticələrinin mütəmadi şəkildə geniş ictimaiyyətə təqdim olunduğu, hesabatda bu kimi məlumatlara istinad edilmədiyi təəssüflə qeyd edilib.

Ombudsman yekunda beynəlxalq qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlar hazırlayarkən beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə hörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərini pozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see311

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see250

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see213

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see206

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see204

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see190

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see189

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see171

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see170

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see170

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see164

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see163

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see154

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see151

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see151

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see150

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see149

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see149

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri