Icma.az
close
up
RU
Beyləqanda sərxoş kişi qonşusunun onu öldürəcəyini iddia etdi: “Əmisinin silahı ilə...” TƏFƏRRÜAT

Beyləqanda sərxoş kişi qonşusunun onu öldürəcəyini iddia etdi: “Əmisinin silahı ilə...” TƏFƏRRÜAT

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Beyləqan rayonunda 41 yaşlı kişi qonşusunun onu öldürməklə hədələməsi barədə yalan məlumat verməkdə ittiham edilib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun 1-ci Şahsevən kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Əfsun Səmədov Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib və qonşusu İlqar Xudiyevin (ad-soyad şərtidir – red.) onu ölümlə hədələdiyini bildirib.

Bununla əlaqədar Rayon Polis Şöbəsində yaradılmış əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə gediblər.

Polis əməkdaşlar həmin vaxt Ə. Səmədovu kəndin ərazisində yerləşən “Dördyol” adlanan yerdə, avtovağzalın qarşısında idarə etdiyi “Mercedes” markalı avtomobilin salonunda içkili vəziyyətdə əyləşdiyini müşahidə ediblər.

Daha sonra polis əməkdaşları həmin şəxsə yaxınlaşıblar. Ondan verdiyi məlumat əsasında ərizə və izahat yazmasını xahiş ediblər.

Ə. Səmədov uca səslə qışqıraraq onların ünvanına nalayiq ifadələr işlədib. Polis əməkdaşları nizam-intizama dəvət etsələr də, o, qanuni tələblərə tabe olmayıb.

Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta protokolu tərtib olunub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ə. Səmədov bildirib ki, gecə saatlarında yaşadığı kəndin ərazisində içkili vəziyyətdə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib və qonşusu İlqar adlı şəxsin onu ölümlə hədələməsi barədə məlumat verib: “Bizim ailə mübahisələrimiz olub. İlqar dəfələrlə əmisinin gülləsi ilə məni öldürəcəyini bildirib. Həmin günü də içkili olduğum üçün zəng edərək 102 qaynar xəttinə məlumat verdim. Bundan sonra polis əməkdaşları gələrək izahatımı almaq üçün polis şöbəsinə apardılar. Polis əməkdaşlarına nalayiq ifadələr işlətməyimi xatırlamıram. Əgər hər hansı nalayiq ifadə işlətmişəmsə, onlardan üzr istəyirəm”.

Beyləqan Rayon Məhkəməsinin qərarı ilə Ə. Səmədov 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri