Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Azərbaycanda kişi qonşusunun barmağını dişləyib qopardı TƏFƏRRÜAT

Azərbaycanda kişi qonşusunun barmağını dişləyib qopardı TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tovuz rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun kəndlərindən birində baş verib. 1976-cı il təvəllüdlü Nemət həmkəndlisi Uğur (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında baş vermiş şəxsi münaqişə zamanı qəsdən Uğuru vuraraq, ona xəsarətlər yetirib. 
İş üzrə izahat verən Nemət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Uğur onun qonşusudur:
“Mənim Uğur və onun ailəsi ilə əvvəllər münasibətim normal olub. Aramızda hər hansı düşmənçilik olmayıb. Təxminən məlum hadisədən 2 il əvvəl Uğurun təşəbbüsü ilə yaşadığımız evə boru xətti çəkdirmişik. Mənim yaşadığım evə gələn xətt Uğurun evinin qarşısından keçir. Təxminən 1 il əvvəl Uğurun evinin qarşısında olan digər şəxsə məxsus torpaq sahəsini satın aldım. Həmin torpaq sahəsini də əvvəllər icarə əsasında Uğur istifadə edib. Mən həmin torpağı aldıqdan sonra o, mənimlə prinsip aparmağa başladı. Uğur xəttin onun evinin qarşısından keçən hissəsini giriş qapısının üstü ilə çəkilməsini tələb etdi. Eyni, zamanda yaşadığı evdən axan çirkab sularını aldığım torpaq sahəsinə axıtmağa başladı. Dəfələrlə Uğurun özü ilə bu barədə söhbət etdim. Lakin o, yaxşı etdiyini bildirdi. Mənim evimə gələn xəttə Uğur krant qoydu və istədiyi vaxt xətti bağladı. Bu səbəbdən də mənim yaşadığım evdə təhlükəli şərait yarandı. Mən dəfələrlə bu barədə dövlət orqanlarına müraciət etmişəm”.
Həmçinin oxu:
Bakının ən ucuz evləri bu ərazidədir — SƏBƏB
Bakıdan başladı, bütün ölkədə olacaq — Artıq gizlənmək mümkün deyil
Başqa ölkənin serialına baxanları edam edirlər
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra günorta saatlarında boru xətti Uğurun evinin giriş hissəsinin üzəri ilə, yəni onun istədiyi kimi çəkilib:
“Uğur zəng edərək, xətti çəkən şəxsə 50 manat verilməli olduğumu bildirdi. Mən Uğurun evinə gəldim və qaynaqçıya 30 manat verdim. 20 manatı isə Uğurun verməsini istədim. Bu zaman Uğur və onun arvadı Səmayə mənə özlərinə yalvartdıqlarını bildirdilər. Eyni zamanda məni müəyyən sözlər ilə əsəbiləşdirməyə çalışdılar. Mən çirkab sularını torpaq sahəmə axıtmamalarını bildirdim. Uğur isə mənə kanalizasiya quyusunun qazdırmalı olduğumu dedi. Uğura dedim ki, nə üçün qanunsuz olaraq 40 millimetrlik dəmir borunu kəsib, 20 millimetrlik dəmir boru kranı ilə birgə calaq edib. Uğur və arvadı cavabında bildirdilər ki, elə bir şey olmayıb. Həmin vaxt mən yerdə olan xəttdən kəsilmiş təxminən 1 metr 30 santimetr uzunluğunda dəmir borunu əlimə aldım və Uğura dedim ki, bununla evimi niyə partladırdın. Uğur təkrar yalandan dedi ki, burada 40 millimetrlik dəmir boru olmayıb. Sonra dəmir borunu əlimdən yerə atdım. Bu zaman Uğur və arvadı üzərimə gəldilər. Hər ikisi məni arxaya doğru itələdilər. Bu zaman orada olan işçi Məsim bizi aralamağa çalışdı. Digər işçi Əli adlı şəxs isə kənarda iş gördü. Eyni zamanda mənim arvadım Nəsibə də yaxınlaşaraq bizi aralamağa çalışdı”. 
Nemət qeyd edib ki, bu zaman Uğur ona yaxınlaşaraq yumruğu ilə sol gözünün üzərinə bir dəfə zərbə vurub, sonra isə sağ əlinin ovcunun içi ilə sifətinə 5 dəfə qəsdən ardıcıl zərbələr vurub: “Daha sonra Uğur məni boğmağa başladı, əlini ağzıma salaraq cırmağa başladı. Həmin vaxt boğulmağımın və ağzımın cırılmağının qarşısını almaq, Uğurun məndən əl çəkməsi üçün onun sol əlinin barmağıni dişlədim. Uğur məni buraxdıqdan sonra huşumu itirdim. Ayıldıqda özümün də sağ əlimin kanar nahiyasindən qan axdığını gördüm. Mən Uğurun barmağının qopduğunu görən zaman qorxdum və qaçaraq oradan uzaqlaşdım. Uğura və ya orada olan hər hansı şəxsə heç bir alət ilə zərbə endirməmişəm. Əlimə dəmir boru almışam və həmin dəmir boru ilə Uğuru vurmamışam. Uğur ilə aramızda dava olmazdan əvvəl də həmin dəmir borunu yenidən yerə atmışam. Hadisə ümumilikdə 10-15 dəqiqə davam edib. Bizim mübahisəmizi və davamızı orada olan iki nəfər qaynaqçı, bir neçə azyaşlı uşaq və arvadım görüb. Orada digər şəxslərin olmasını da xatırlamıram”. 
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilib. 
Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, yəni şəxsin törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi üçün cinayət məsuliyyətindən azad edilib. Barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri