Beyləqanda spirtsiz içki istehsalı müəssisəsində yoxlama keçirilib FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Şəfəq qəsəbəsi, Magistral küçəsində fəaliyyət göstərən, Quliyev Fariz Oktay oğluna məxsus spirtsiz içki istehsalı müəssisəsində yoxlama keçirib.
"Unikal" xəbər verir ki, baxış zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib.
Eyni zamanda etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə üzərində istehsalçısı barədə məlumatlar olmayan, fərqli şəxslərin adları yazılan, guya müalicəvi təsirə malik olması barədə qeydlər olan “Qızıl Qala” və “Qızıl Qaya” əmtəə nişanlı spirtsiz içki etiketləri aşkarlanıb. Həmçinin müəssisədə başqa istehsalçılara məxsus şüşə butulkalar aşkarlanıb.
Araşdırma zamanı müəssisədə istehsal olunan suların Beyləqan rayonunda yerləşən “Röya” və “Kral” şadlıq saraylarında toy məclislərində istifadə edildiyi məlum olub. Belə ki, bu ictimai iaşə obyektlərində keçirilən yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan digər istehsalçılara məxsus şüşə butulkalarda limonad, meyvə şirəsi, qazlı və qazsız sular aşkarlanıb. Sözügedən içkilərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, aşkar edilmiş etiket və butulkaların məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.
Baxış sayı:97
Bu xəbər 02 Oktyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















