Beyləqanda kafedə yoxlama aparılıb FOTOLAR
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonunun Daşburun qəsəbəsində Vüqar Həsrət oğlu Əliyevə məxsus kafedə yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib.
“Belə ki, qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, qida ilə təmasda olan səthlər asan təmizlənən, dezinfeksiyaya və korroziyaya davamlı materialdan hazırlanmayıb, havalandırma sistemi quraşdırılmayıb və sair tələblər pozulub”, - deyə məlumatda vurğulanıb.
Faktla bağlı kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 07 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















