Icma.az
close
up
RU
Beynəlxalq aləmdə Azərbaycanın rolu getdikcə artmaqdadır DEPUTAT DANIŞDI

Beynəlxalq aləmdə Azərbaycanın rolu getdikcə artmaqdadır DEPUTAT DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirmək və milli maraqlarını qorumaq istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, hazırkı qlobal geosiyasi mühitdə dövlətlər həm regional, həm də qlobal səviyyədə öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün daha müstəqil qərarlar qəbul etməyə çalışır:

” Bu baxımdan, Azərbaycan Prezidentinin xarici siyasət kursu ölkəmizin milli maraqlarının qorunması və beynəlxalq nüfuzunun artırılması üçün mühüm vasitədir.

Münhen Təhlükəsizlik Konfransı kimi beynəlxalq platformalar bu siyasətin həyata keçirilməsi üçün strateji əhəmiyyət daşıyır. Konfransda çoxsaylı dövlət və hökumət nümayəndələrinin iştirakı ölkəmizin müxtəlif sahələr üzrə dialoqa qoşulmasına, regional və qlobal məsələlərdə aktiv rol oynamasına imkan yaradır. Bu tip platformalarda aparılan müzakirələr Azərbaycanın diplomatik mövqeyini nümayiş etdirməklə yanaşı, mövcud beynəlxalq reallıqlardan səmərəli şəkildə faydalanmaq və yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün imkan yaradır.

Azərbaycanın regionlarda – o cümlədən Serbiyada – həyata keçirdiyi görüşlər göstərir ki, ölkə Prezidenti bütün səfərlərində maksimum səviyyədə milli maraqları müdafiə edir. Bu, yalnız diplomatik protokolların icrası ilə məhdudlaşmır; həm də Azərbaycanın iqtisadi, siyasi və strateji faydalı ola biləcəyi sahələrin inkişafı üçün konkret səyləri özündə ehtiva edir. Prezidentin fəaliyyəti ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınmasını gücləndirir.

Ümumilikdə, mövcud beynəlxalq şəraitdə Azərbaycanın rolu getdikcə artmaqdadır. Qlobal və regional risklərin çoxaldığı bir dövrdə, dövlətlərin milli maraqlarını qorumağa və problemlərini müstəqil şəkildə həll etməyə çalışması, Azərbaycan üçün yeni diplomatik imkanlar yaradır. Prezidentin rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursu mürəkkəb beynəlxalq mühitdə ölkəmizin mövqeyini möhkəmləndirməyə, strateji tərəfdaşlıqlarını genişləndirməyə və Azərbaycanı qlobal hadisələrin fəal iştirakçısı kimi təqdim etməyə xidmət edir.

Azərbaycan Prezidentinin beynəlxalq platformalarda aktiv iştirakı, məqsədyönlü diplomatik fəaliyyəti və milli maraqların qorunmasına fokuslanması ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, regional və qlobal siyasətdə aktiv rol oynamağa imkan yaradır. Bu, uzunmüddətli perspektivdə Azərbaycanın qlobal proseslərdə söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri