Icma.az
close
up
RU
“Davos səfəri Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirdi” DEPUTAT DANIŞDI

“Davos səfəri Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirdi” DEPUTAT DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2026-cı il yanvarın 22–23-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu Azərbaycanın beynəlxalq diplomatiyasında mühüm mərhələ kimi yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı yalnız iqtisadi əlaqələrin inkişafı ilə məhdudlaşmayaraq, Azərbaycanın qlobal siyasi və iqtisadi proseslərdə artan rolunun bariz göstəricisi oldu:

”Davos platforması ölkənin strateji baxışlarını, regional təşəbbüslərini və beynəlxalq tərəfdaşlıq modelini nümayiş etdirmək üçün əlverişli imkan yaratdı.

Forum çərçivəsində Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trump ilə görüşü Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu görüş Donald Trump-ın yenidən hakimiyyətə qayıdışından sonra iki lider arasında baş tutan mühüm təmaslardan biri oldu. Tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edərək, əməkdaşlığın gələcək perspektivlərini müzakirə etdilər. Xüsusilə, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli sammitdə ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh gündəminin irəlilədilməsində oynadığı rol xüsusi vurğulandı. Həmin sammit regionda uzunmüddətli sülhün formalaşması istiqamətində mühüm addım kimi tarixə düşdü.

Prezident İlham Əliyev görüş zamanı Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan real nəticələri diqqətə çatdırdı. Artıq bölgədə sülhün bərqərar olduğunu göstərən konkret faktlar mövcuddur. Azərbaycan neft məhsullarının Ermənistana ixracı, idxal edilən taxılın Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılması və ticarət əlaqələrinin genişlənməsi regional normallaşmanın yalnız siyasi bəyanatlarla deyil, praktiki əməkdaşlıq müstəvisində də reallaşdığını sübut edir.

Görüşün əsas mövzularından biri Zəngəzur dəhlizinin yeni statusu olan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi oldu. 2025-ci ilin avqustunda Vaşinqton sammitində rəsmiləşdirilən bu layihə 43 kilometrlik marşrutu əhatə edərək Azərbaycanın əsas ərazisini Ermənistan üzərindən Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və ölkənin Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edir. Layihə çərçivəsində dəmir yolu xətləri, neft və qaz kəmərləri, enerji ötürücü sistemlər, rabitə və fiber-optik infrastrukturların inşası nəzərdə tutulur. TRIPP layihəsi Cənubi Qafqazda geosiyasi və iqtisadi balansın dəyişməsinə təsir göstərən mühüm təşəbbüs kimi qiymətləndirilir.

Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trump-ın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın Nizamnaməsinin imzalanma mərasimində iştirakı Azərbaycanın qlobal sülh təşəbbüslərində rolunun tanınmasının göstəricisidir. Azərbaycanın bu quruma təsisçi üzv kimi dəvət edilməsi ölkənin beynəlxalq arenada etibarlı və konstruktiv tərəfdaş imicini möhkəmləndirir. Bu fakt Azərbaycan–ABŞ strateji tərəfdaşlığının yeni mərhələyə keçdiyini və ölkənin qlobal təhlükəsizlik məsələlərində fəal mövqe tutduğunu göstərir.

Forum zamanı Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları ilə də görüşlər keçirdi. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş Azərbaycanın Ukrayna münaqişəsində humanitar və konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Qətərin Baş naziri ilə aparılan müzakirələr Körfəz ölkələri ilə enerji və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldi. Avropa Komissiyasının genişlənmə üzrə komissarı ilə görüş isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından mühüm platforma rolunu oynadı.

Davos səfəri çərçivəsində Prezident dünya maliyyə və biznes elitasının aparıcı nümayəndələri ilə geniş təmaslar qurdu. “BlackRock”, “Brookfield Asset Management”, “Global Infrastructure Partners”, “Dell Technologies”, “Vitol”, “Adani Group” və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə keçirilən görüşlər Azərbaycanın infrastruktur, enerji, rəqəmsal transformasiya və bərpa olunan enerji sahələrinə beynəlxalq kapitalın cəlb edilməsi imkanlarını genişləndirdi. Bu təmaslar ölkənin investisiya mühitinin rəqabətədavamlı olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycanın əsas prioriteti olduğunu vurğuladı. Bərpa olunan enerji layihələri, rəqəmsal infrastruktur və data mərkəzləri, mədənçilik sənayesinin inkişafı, eləcə də kənd təsərrüfatında ixrac potensialının artırılması neft və qaz gəlirlərindən asılılığın azaldılmasına xidmət edən strateji istiqamətlər kimi təqdim olundu. Bu yanaşma ölkə iqtisadiyyatının uzunmüddətli dayanıqlılığını təmin etməyə yönəlib.

Forum çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” panel müzakirəsində Prezident İlham Əliyev Azərbaycanın regional və qlobal nəqliyyat dəhlizlərində mərkəzi rolunu xüsusi vurğuladı. Şərq–Qərb, Şimal–Cənub və Trans-Xəzər nəqliyyat marşrutları Azərbaycanın qlobal logistika xəritəsində əvəzsiz mövqeyə malik olduğunu göstərir.

Prezident İlham Əliyevin 2026-cı il Davos səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, balanslaşdırılmış və praqmatik xarici siyasətinin uğurla davam etdiyini nümayiş etdirdi. Bu səfər Azərbaycanın həm regional sülhə töhfə verən, həm də beynəlxalq kapital üçün cəlbedici və etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqlədi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri