Icma.az
close
up
RU
Beynəlxalq dəstək Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirir

Beynəlxalq dəstək Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Cənubi Qafqazda 30 ildən artıq davam edən münaqişənin başa çatması və regionda yeni geosiyasi reallıqların formalaşması Azərbaycanın strateji diplomatiyasının nəticəsidir."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib. 

Millət vəkilininin sözlərinə görə, Azərbaycan uzun illər danışıqların nəticəsiz qaldığı bir şəraitdə, münaqişəni yalnız hərbi qələbə ilə deyil, həm də hüquqi və diplomatik əsaslarla həll edib:

"Bu, ölkənin həm regional, həm də beynəlxalq səviyyədə lider mövqeyini möhkəmləndirir.

Müharibənin nəticəsi olaraq Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin bərpası ölkəyə strateji üstünlük qazandırıb. Bu üstünlük, həm güc balansını, həm də regiondakı təhlükəsizlik dinamikasını dəyişib. Azərbaycan, sülh prosesini təşəbbüskar olaraq irəli sürərək, qarşı tərəfə yalnız hərbi gücün deyil, hüquqi və diplomatik çərçivənin də vacibliyini göstərib.

Bununla yanaşı, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində qeyd etdiyi kimi, sülh razılaşmasının davamlılığı üçün Ermənistanın daxili hüquqi çərçivəsini tənzimləməsi vacibdir. Bu yanaşma göstərir ki, ölkə yalnız qarşı tərəfin davranışına reaksiya vermir, həm də qarşılıqlı məsuliyyət prinsiplərini müəyyən edir."

Azər Kərimli bildirib ki, beynəlxalq dəstək Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirir:

"ABŞ, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrinin razılaşmaya verdiyi dəstək, Azərbaycanın diplomatik uğurunu beynəlxalq səviyyədə təsdiqləyir və regionda digər aktorlarla əlaqələrdə üstün mövqe təmin edir. Minsk qrupunun hüquqi süqutu isə Azərbaycanın sülh prosesində aparıcı tərəf kimi çıxış etməsini daha da gücləndirir.

Humanitar aspekt də Azərbaycanın sülh strategiyasının mühüm tərkib hissəsidir. Məcburi köçkünlərin geri dönməsi və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparılması, yalnız insan hüquqları baxımından deyil, həm də uzunmüddətli regional stabillik üçün strateji addımdır. Mina təhlükəsi və dağıdılmış infrastruktur, prosesin çətinliyini artırsa da, ölkə bu problemləri sistemli və planlı şəkildə həll edir, yeni yaşayış və iş yerləri yaradır."

Deputatın sözlərinə görə, yeni reallıqların formalaşması ilə Azərbaycan regional lider kimi mövqeyini möhkəmləndirib:

"Sülh və stabilliyi təmin etmək, eyni zamanda iqtisadi və nəqliyyat imkanlarını genişləndirmək ölkənin strateji üstünlüyünü artırır. Qarşı tərəfin hər hansı geri addımı isə yalnız özünün itkilərinə səbəb olacaq, çünki regiondakı güc balansı artıq Azərbaycanın xeyrinədir.

Bu strategiya, Azərbaycanın həm güc nümayişini, həm hüquqi əsaslarını, həm də humanitar prioritetlərini birləşdirərək, regionda uzunmüddətli sabitlik və inkişaf üçün dayanıqlı çərçivə yaradır. Eyni zamanda, ölkə digər regional aktorlarla əməkdaşlığı gücləndirərək, strateji maraqlarını və sülhün qorunmasını təmin edir.

Azərbaycan, tarixi ədaləti bərpa, ərazi bütövlüyünü, suverenliyini təmin edib və münaqişəni yalnız güc və diplomatiyanın harmoniyası ilə həll etmiş bir ölkə kimi regionda sülhün və sabitliyin təminatçısı rolunu gücləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin müsahibəsində yer alan fikirlər onun deməyə əsas verir ki, Azərbaycanın strateji yanaşması həm milli maraqları, həm beynəlxalq hüquq prinsiplərini, həm də regional əməkdaşlığı birləşdirərək, uzunmüddətli sabitlik və inkişaf üçün dayanıqlı zəmin yaradır."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri