Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Ədalət Məhkəməsi Bakı və İrəvana irqi ayrı-seçkiliklə bağlı sənədlər hazırlamaq üçün bir il vaxt verib.
Globalinfo.az xəbər verir ki, bu barədə qurumun press-relizlərində deyilir.
Qeyd edildiyi kimi, söhbət əks memorandumlardan – tərəflərin işin mahiyyəti üzrə qarşı tərəfin arqumentlərini təkzib etdiyi sənədlərdən gedir.
Sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.
Xatırladaq ki, Ermənistan 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başladıb.
Bakı isə həmin il sentyabrın 23-də əks iddia qaldıraraq, İrəvanın regionda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bunu törətməyə davam etdiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Baxış sayı:47
Bu xəbər 18 Noyabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















