Beynəlxalq elmi konfransın iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Bakıda “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları dekabrın 10-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA xəbər verir ki, konfrans iştirakçıları - Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
Sonra qonaqlar Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək, məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də məzarları ziyarət olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















