Icma.az
close
up
RU
Beynəlxalq Əmək Təşkilatımın nümayəndəsi: Dünya əhalisinin 52 faizdən çoxu sosial müdafiədən istifadə edir

Beynəlxalq Əmək Təşkilatımın nümayəndəsi: Dünya əhalisinin 52 faizdən çoxu sosial müdafiədən istifadə edir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 may, Göyçək Mahmudlu, AZƏRTAC

Dünya əhalisinin yarısından çoxu, yəni 52 faizdən artığı bu və ya digər sosial müdafiə formasından istifadə edir ki, bu da 2015-ci ilə nisbətən 42,8 faiz, yəni ilk göstəricidən xeyli yüksəkdir. Bununla yanaşı, çoxsaylı insan hamının qarşılaşdığı ümumi həyat risklərindən müdafiəsiz vəziyyətdədir. Cənub yarımkürəsində yaşayan 3,8 milyard insanın heç bir sosial müdafiəsi yoxdur. Bu da onları adi risklərə qarşı hazırlıqsız edir.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının Sosial Müdafiə Departamentinin direktoru Şahra Razavi "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfransın açılış mərasimində videomüraciətlə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, universal sosial müdafiə davamlı inkişaf üçün zəruri şərtdir, bu yoxsulluğun aradan qaldırılmasında, tam və məhsuldar məşğulluğun təşviqində, hamının layiqli işlə təmin edilməsində və sosial inteqrasiyanın təşviqində həlledici rol oynayır. Bütün bunlar dinamik iqtisadiyyat, sabit və ədalətli bir cəmiyyət üçün vacibdir. "Müasir dünya çoxsaylı böhran və transformasiyalarla üzləşib. Həyatımızı sual altına qoyan iqlim böhranı diqqət mərkəzindədir. Sosial müdafiə insanların iqlim dəyişikliklərinə uyğunlaşmasına necə kömək edə bilər? Sosial müdafiə sistemlərinin təmin etdiyi zəmanətli gəlir və səhiyyə xidmətləri əhalinin dayanıqlığını artırır. Bu yoxsulluq və sosial təcridin qarşısını almağa kömək edir. Sosial müdafiə sistemlərinin vacib bir hissəsi olan sağlamlığın qorunması iqlim böhranının səbəb olduğu yeni və mövcud xəstəliklərin yayılmasına qarşı mübarizə aparmağa kömək edir. Pensiya fondlarının yaşıllaşdırılması, fossil yanacaqlardan tədricən imtina edilməsi və ekoloji cəhətdən təmiz sektorlara investisiya qoyulması iqlim böhranı ilə mübarizədə çox vacib ola bilər. Həmin fondlara böyük miqdarda kapital toplanır. Odur ki, sosial təminatın fundamental səviyyəsinin hər kəs üçün təmin edilməsinə təcili ehtiyac var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri