Dünya əhalisinin sayı iki dəfə azalmalıdır Beynəlxalq alimlər qrupu
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yer kürəsinin xilas edilməsi üçün 2200-cü ilə qədər dünya əhalisinin sayının 4 milyarda endirilməsi zəruridir.
Bu barədə beynəlxalq alimlər qrupunun Böyük Britaniyanın “Daily Mail” nəşrində dərc olunan araşdırmasında bildirilir.
Alimlərin sözlərinə görə, son 100 ildə Yer kürəsinin əhalisi ən azı 2 milyard nəfər artaraq 8,3 milyarda çatıb. Tədqiqat müəllifləri hesab edirlər ki, planet bu qədər sürətli əhali artımını uzun müddət dəstəkləyə bilməyəcək. Bununla əlaqədar onlar bəşəriyyətin sayının mərhələli demoqrafik azalma yolu ilə təxminən iki dəfə azaldılmasını təklif edirlər.
Alimlərin proqnozuna görə, əhali artımı dayandırılmasa, 2100-cü ilə qədər dünya əhalisinin sayı 11,4 milyarda çata bilər ki, bu da fəlakətli nəticələrə səbəb ola bilər. Onların məlumatına əsasən, son 50 ildə karbon qazı emissiyaları iki dəfə artıb, biomüxtəliflik yarıdan çox azalıb, enerji istehlakı isə üç dəfə yüksəlib. Bundan əlavə, faydalı qazıntıların hasilatı və pestisidlərdən istifadə dörd dəfədən çox artıb. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 05 Avqust 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















